İcra başçısı Ziyəddin Əliyev sakinlərin ümidlərini puça çıxardı - Görün hansı əməlinə görə

20-06-2022, 08:53           
İcra başçısı Ziyəddin Əliyev sakinlərin ümidlərini puça çıxardı -
“İcra başçısı Ziyəddin Əliyev süd kombinatının tikintisinə əngəl oldu. Əvəzində isə 5000 kvadratmetlik ərazidə “Megastore” marketi açıldı”.

Teref.az xəbər verir ki , bu barədə Quba rayonunun bir qrup sakininin “Unikal”-ın redaksiyasına müraciətində bildirilib.
İcra başçısı Ziyəddin Əliyev sakinlərin ümidlərini puça çıxardı - Görün hansı əməlinə görə


Sakinlər qeyd edib ki, marketin olduğu ərazidə süd kombinatı inşa olunacağı nəzərdə tutulurdu. Bu da rayon sakinlərinin məşğulluğunun, işlə təmin olunmasına öz töhfəsini verəcəkdi:

“Amma Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev sakinlərin ümidlərini puça çıxardı. İcra başçısı həmin ərazini marketlər şəbəkəsinə satdı. Bu yaxınlarda da həmin marketin açılışı keçirilib”.

Müraciətçilər deyir ki, icra başçısı Ziyəddin Əliyev rayonda sahibkarlığın inkişafına mane olur və özünə yaxın adamlara “yaşıl işıq” yandırır.

Bu da sakinlər arasında narazılığın yaranmasına gətirib çıxarır.

Sakinlər icra başçısının özbaşınalıqlarına son qoyulacağına ümid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru