Rasim Həsənov Sakinləri Cana Doyurub: Etiraz Yürüşləri QAÇILMAZDIR – VİDEO

20-06-2022, 09:19           
Rasim Həsənov Sakinləri Cana Doyurub:
Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri iş adamı, hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildiriblər.

Teref.az xəbər verir ki, AzTimes.az-a danışan sakinlər illərdir yaşadıqları mənzilləri üçün çıxarış ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, binanın 3 ilə hazır olub, çıxarış veriləcəyini deyən Rasim Həsənov illərdir binanı təhvil verə bilməyib. Sakinlər binada iki yük liftinin quraşdırılmadığını da bildiriblər. Onlar binanın 86 min AZN-ə yaxın işıqpulu borcunun yığıldığını iddia edirlər . Dəfələrlə edilən müraciətlərə məhəl qoymayan Rasim Həsənovun əlindən cana doyan sakinlər , səslərinə səs verən olmayacağı halda etiraz olaraq yürüş edəcəklərini bildiriblər:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru