Binə qəsəbə icra nümayəndəliyi şəhidin abidəsinə və övladına hücum çəkib - VİDEOŞİKAYƏT

22-06-2022, 15:20           
Binə qəsəbə icra nümayəndəliyi şəhidin abidəsinə və övladına hücum çəkib - VİDEOŞİKAYƏT
"Bulağı söksələr, atamızı bir daha itirdiyimizi düşünərik"- deyə şəhid oğlu Cəsarət Aslanov deyir.

Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin məmurları I Qarabağ savaşının şəhidləri olmuş Vidadi, Xəqani, Hasil Aslanov qardaşlarının adına inşa edilmiş bulağa hücum həyata keçirirlər. Qəsəbədə icra başçısının nümayəndəliyini edən Ərəstun və Gülbala mövcud bulağın sökülməsini istəyirlər.

Demokratik.Az (TV)-a bu barədə şəhid Xəqani Aslanovun oğlu Cəsarət özü məlumat verib. Şəhid övladı yerli məmurların təzyiqlərindən bezdiyini, atasının və əmilərinin adına olan bulaq kompleksini qorumağa çalışdığını bildirib.

Cəsarət Aslanovun sözlərinə görə, adını çəkdiyi məmurlar onu işdən qovdurmaqla da hədələyərək şantaj edirlər, Gülbalalar heç kimə və infrastruktura maneə olmayan, öz vəsaitlərilə tikilmiş bulağın uçurulmasına çalışırlar.

Şikayətçi bildirir ki, Xəzərin icra başçısı Elşən Salahovla görüşmək istəsə də cəhdlərinin qarşısı alınıb. Şəhid övladı əmindir ki, onun dedikləri araşdırılacaq və şəhid bulağına toxunulmayacaq.

"Bulağı söksələr, atamızı bir daha itirdiyimizi düşünərik"- deyə Cəsarət Aslanov deyir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru