Vasif Talıbovun QARDAŞI DA HƏBS OLUNUB? - XƏBƏRİ YAYILDI...

29-11-2022, 13:05           
Vasif Talıbovun QARDAŞI DA HƏBS OLUNUB? -
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yayılıb.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Məhərrəm Talıbov Naxçıvandakı anti -korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Əməkdaşımızın Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru