Trampın rüsumları "Embraer" təyyarələrinin qiymətini doqquz milyon dollar bahalaşdıra bilər

Bu gün, 15:08           
Trampın rüsumları "Embraer" təyyarələrinin qiymətini doqquz milyon dollar bahalaşdıra bilər
ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı tətbiq etdiyi tariflər Braziliyanın "Embraer" şirkətinin hər bir təyyarəsinin qiymətini doqquz milyon dollar artıra bilər.

Bunu şirkətin baş direktoru Fransisko Qomeş Netu "Financial Times" nəşrinə verdiyi müsahibəsində bildirib.

"Bir təyyarə üçün 9 milyon dollar böyük məbləğdir və biz inanmırıq ki, müştərilər belə bir tarif üzrə ödəməyə razı olacaqlar", - deyə o vurğulayıb.

Netu əlavə edib ki, əgər amerikalı müştərilər daha yüksək qiymət ödəməkdən imtina edərsə, təyyarə istehsalı azaldılmalı və ya dayandırılmalı olacaq.

Qeyd edək ki, ABŞ "Embraer" üçün əsas bazardır. Daha əvvəl Tramp avqustun 1-dən Braziliya mallarına 50%-lik rüsumların tətbiq ediləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru