ABŞ Müdafiə Nazirliyi çinli mühəndisə görə araşdırma başladıb
Bu gün, 10:44
ABŞ Müdafiə Naziri Pete Hegseth sosial mediada verdiyi açıqlamada Microsoft-un Müdafiə Nazirliyinin kompüter sistemləri üçün Çin mühəndislərindən texniki dəstək alması ilə bağlı iddialara reaksiya verib.
Metbuat.az xəbər verir ki, o, bu vəziyyətin araşdırılacağını bildirib.
"Xarici ölkələrdən, o cümlədən Çindən heç bir mühəndisin Müdafiə Nazirliyi sistemlərinə girişinə icazə verilməməlidir", - deyə o vurğulayıb.