“Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur

Bu gün, 12:20           
“Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur
“Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi çamaşırların yuyulması, ütülənməsi və çatdırılması üzrə 15.05.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “STEEL MATERIALS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 118.000 manat dəyərində müqavilə bağlanılıb.

Qeyd edək ki, “STEEL MATERIALS” MMC-nin rəsmi saytında şirkət haqqında olan məlumatlarda göstərilir ki, hədəf, bazarın və sektorun ehtiyaclarına uyğun olaraq, məhsul çeşidi və potensialın artırılması siyasətlərinə əməl etməklə biz tələblərə ən yaxşı və ən sürətli şəkildə cavab veririk.

Məhulları isə bunlardır: Polad MATERİALLAR: Polad Plitələr, I, H, T və U şüaları, Kvadrat və Dairəvi, İçi boşluqlar, Kvadrat Düz və Dairəvi Barlar, Bərabər və Qeyri-bərabər Bucaqlar, Armatur; KİMYƏVİ MADDƏLƏR: Sorbentlər, Katalizatorlar, Soyuducu və İstilik Ötürmə Agentləri, Korroziya inhibitorları, Antiskalantlar, Blosidlər, Su təmizləyiciləri, Təmizləyici mayelər, Köpükləndiricilər və Köpükdən təmizləyicilər, Qırıcı və turşulaşdırıcı əlavələr, Soyuducular, Skanerlər, Qlikollar, Sürtkü yağları; Sənaye Alətləri və Avadanlıqları: Əl və Elektrik Alətləri, Pnevmatik Alətlər, ATEX sertifikatlı Alətlər, Nasos və Kompressorlar, Genişləndirici birləşmələr, Sürət qutuları; QAYNAQ: Qaynaq maşınları, Lehimləmə və Qızdırıcı Məşəllər və Ehtiyat hissələri, Qaynaq Aksesuarları, Üfləmə boruları və Başlıqlar, Çubuqlar və Qoşmalar, Lehimləmə Çubuqları, Qaynaq və Naqillər və s.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Steel Materials” MMC 12 yanvar 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 20, mənzil 14-də yeləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.

Bu məlumatlardan da göründüyü kimi “STEEL MATERIALS” Məhdud Məsuliyyətli Cəmiyyəti sırf tikinti materialları üzrə ixtisaslaşmış bir şirkətdir. MMC daha əvvəllər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müxtəlif növ tikinti materiallarının satın alınması üzrə MMC ilə 2023-cü ildə toplam maliyyə dəyəri 606 218,19 manat olan 6 satınalma müqaviləsi imzalanıb.Daha əvvəl isə şirkət QSC ilə 7 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 270 224 manat təşkil edib.

Maraqlıdır, “Sumqayıt Tibb Mərkəzi” “Steel Materials” MMC ilə satınalma müqaviləsi bağlayarkən şirkətin uyğunluq göstəricilərini nəzərə alıbmı? Satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması meyarı Qanunun tələblərinə cavab verirmi?

Qeyd edək ki, “Steel Materials” MMC bundan əvvəl, 21.06.2025-ci ildə “Mərkəzi Neftçilər Xəstəxanası” publik hüquqi şəxsi ilə çamaşırxana xidmətinin satın alınması üzrə keçirdiyi tendrin qalibi seçilib və 94.960,5 manat dəyərində müqavilənin bağlanılması nəzərdə tutulub. Amma müqavilənin bağlanılması barədə satınalmaların portalında heç bir məlumat yoxdur. Çox güman ki, nəzarət orqanı uyğunluq göstəricilərinə görə “Steel Materials” MMC ilə müqavilənin bağlanılmasını məqbul saymamaışdır.

Xatırladaq ki, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən satınalmalarda yol verilən qanunsuzlaqlara bağlı hələ 2023-cü ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqının yekunlaşması barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, ki, istintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyandan 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.

Görsənən odur ki, Sumqayıt Tibb Mərkəzinin yeni rəhbərliyi də yeni mühasibi də əvvəlkilərin yolunu davam etdirir. Çox güman ki, bu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işə qarışana qədər davam edəcək.

Aktualinfo.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru