Xırdalanda qorxulu anlar: Eyvanda bıçaqla hədələdi - Video
Bu gün, 10:08
Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasının eyvanında mübahisə baş verib. TEREF Milli.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Heydər Əliyev prospekti, 30-cu məhəllədə naməlum şəxs eyvanda digər şəxsi bıçaqla hədələyib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Həmin görüntüləri təqdim edirik: