Ağstafada sovet dövrü: başçı onlara küçə təmizlətdirir – Foto

Bu gün, 11:47           
Ağstafada sovet dövrü: başçı onlara küçə təmizlətdirir – Foto
Müasir dünyada, texnologiya əsrində Ağstafa rayonu sovet əyyamına qayıdıb. Belə ki, rayon icra başçısı Seymur Orucovun tapşırığı əsasında Ağstafada iməcilik təşkil olunub.

Tribunainfo.az xəbər verir ki, rayonun müəssisə, idarə və təşkilatlarının kollektivləri bu iməclikdə iştirak ediblər. İməcilik zamanı Ağstafa şəhərinin prospekt və küçələrində, park və xiyabanlarında səliqə-sahman işləri aparılıb. Fotodan da göründüyü kimi, idarə işçilərinə küçə süpürdü, ağacları suladırlar. Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri də həyata keçirilib. RİH bu işi elə piar edib, sanki yaxşı əməldir. Axı dünyanın hansı dövrüdür ki, iməclik keçirib idarə işçilərinə rayonu təmizlətdirəsən?! Əslində, bu insan hüquqlarının pozulmasıdır. Çünki birbaşa rayon rəhbərinin əmri ilə dövlət işçiləri təmizlik işlərinə cəlb olunur… Yəni bu könüllü hal deyil. İcra başçısı yaşlı olmasa da, görünür ki, sovet təfəkkürünü daşımaqdadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru