Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 20 % artıb

Bu gün, 12:24           
Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 20 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

İndex.az Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 28 571 (il ərzində 17 % çox), İsraildən - 20 088 (+149 %), BƏƏ-dən - 19 588 (+18 %), Küveytdən - 10 149 (-17 %), Omandan - 6 916 (-10 %), Misirdən - 2 984 (+11 %), İordaniyadan - 2 334 (+44 %), İraqdan - 1 739 (-32 %), Bəhreyndən - 1 551 (-22 %), Yəməndən - 1 143 (+10 %), Qətərdən - 996 (-14 %), Livandan - 566 (+15 %), Fələstindən - 350 (ötən il turist gəlməyib) və Suriyadan - 164 (-5 %) olub.

Qeyd edək ki, cari ilin hesabat dövründə Azərbaycanı 979 951 xarici vətəndaş ziyarət edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 14,77 % artaraq 266 326 nəfərə çatıb: Səudiyyə Ərəbistanından - 98 113 (il ərzində 21,6 % çox), Birləşmiş Ərəb Əmirliklərindən - 46 706 (+2,07 %), İsraildən - 28 955 (-0,47 %), İraqdan - 5 319 (+125,19 %), Küveytdən - 31 373 (+5,65 %), Omandan - 24 140 (+41,62 %), Qətərdən - 3 369 (-5,15 %), Bəhreyndən - 5 917 (+0,1 %), Misirdən - 8 650 (+17,16 %), İordaniyadan - 7 149 (+39,74 %), Yəməndən - 3 461 (+21,01 %), Livandan - 1 482 (+47,9 %), Suriyadan - 402 (-16,42 %).

Ümumilikdə 2017-2024-cü illər ərzində Yaxın Şərq ölkələrindən Azərbaycanı 1 milyon 824 min 259 nəfər ziyarət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru