Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...

Bu gün, 07:34           
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
həqiqi dövlət müşaviri, cənab SAMİR NURİYEVƏ
AÇIQ MƏKTUB

Hörmətli cənab Samir Nuriyev!
Əvvəla inanın ki, qətiyyən bekar adam deyiləm. Aliməm, ciddi elmi tədqiqat şöbəsinin müdiriyəm.
Mən yaşıma görə çəkimdən artıq yaradıcılıq irsimə, hətta tədqiqatlarımın məzmununa , həmçinin hamıdan fərqli “dübbədüz” adam olmağıma görə fərqliyəm.

Mənim 63 yaşım var. Artıq peyğəmbərimizin ömründən də həddimi aşıb çox yaşamaqdayam. Bu baxımdan o qədər haqsızlıqlara hayqırmışam, və o qədər qaranlıqlara düşüb, Allahın köməyi ilə çıxmışam. İndi sizə sizin idarənin heç adına yaraşmayan bir işçi olan əməkdaşınız Azad Kəngərlidən şikayət edəcəm.
Hörmətli, cənab Samir Nuriyev, qeyri-təvazokarlıq sayıla bilsədə mən 40 ildi xalqımın elminə vicdanla xidmət edirəm. Bəli! Mən ləyaqətlə yaşamışam və mən AMEA-da ilk aliməm ki, 2000-ci ildə taixi şəxsiyyət Ulu öndərin siyasi irsi haqqında monoqrafiya yazmağa başlayıb, 2002-ci ildə bitirmişəm və minlərlə nüsxə bütün mühüm qurumlara verilib.

Bu monoqrafiya son olmadı. 2019 və 2024-cü ildə Ulu öndər haqqında növbəti və fundamental monoqrafiyalarımı meydana çıxardım. Heydər Əliyevin təkcə tədqiqatçısı olmadım ki, mən! Dahi liderin müdafiəçisi oldum. Hətta həmkarlarımın onu təhqirlərinə dözməyib AR Konstitutsiya məhkəməsinə şikayət etdim və nələr, nələr oldu!..
Mən vətənpərvər alim yetişdim. Bir gün Allah ərmağan etdi – dünyaşöhrətli, Azərbayvan əsilli Lütfi Zadə haqqında dünyada ilk monoqrafiyanı yazdım. Avropada 7 dildə çap olundu. Dünyada ən məşhur kitab yayımlarında satılmaqdadır. Bu il də Azərbaycan dilində çap olunacaq.

40 ilin elmi tədqiqatçı təşnəsi mənə namizədlik və doktorluq dissertasiyaları və onların mənbəyi yeni, aktual mövzulu monoqrafiyalar qismət edib. Şükürlər olsun Allaha ki, nə zehnimin gücü, nə qələmimim “nəfəsi” azalmayıb. Baxmayaraq ki, 2016-cı ildə ağır qəza keçirib 2-ci qrup əlil olmuşam, yenə Allaha şükürlər ki, əl-ayağım kəsilib, əzilsə də beynim əzilməyib. Əsərlərimi sadalayıb Sizə başağrısı vermək istəmirəm.
Burdan keçid alıram rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 18 iyul, 2025-ci il tarixdə başıma gələnlərə!
17 iyulda mənə zəng edib bacımla birlikdə yazıldığımız (Fuad Ələsgərovun qəbuluna) 18 iyul qəbuluna saat 11-də gəlməli olduğumuzu bildirdilər. Bizə yazılarkən saat 14-də gəlməyi demişdilər. Uzaq bağ ərazisindən deyilən saatda qəbula çatdırdıq özümüzü.
Əməkdaşınız Azad Kəngərli məni görən kimi gəlib dayandı Qeydiyyat şöbəsində Şəxsiyyət vəsiqəmi alan kök oğlanın başının üstündə və ona nə dedi, nə demədi bilmirəm, o mənə 83 nömrəsini verdi. Saat 11-də 83 nömrəsi absurd idi. Bu nömrə Azad Kəngərlinin mənə qarşı xüsusi qərəzini ifadə edirdi. Məntiqimi yoxlamaq üçün foyedəki bütün qəbula gələn və hətta yazılmağa gələnləri 1-1 saydım. 11-ci – gözləmə zalındakıları da 1-1 saydım. Saat 11-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası binasında Cəmi 37 adam vardı. 83 nömrə nəyin əsasında verilmişdi?! Onu da qeyd edim ki, Qeydiyyat yerində məndən sonra ağ köynəkli orta yaşlı bir kişiyə 50-ci nömrə verildi. Mən adamları sayıb Qeydiyyat şöbəsindəki doğurdanda mədəni, qanacaqlı gənclərə iradımı bildirəndə söz tapamyıb gülməli məntiqlə cavab verdilər ki, o adam 10 gün əvvəl yazılıb. Dedim axı sıralama bu günə aiddir. Qəbula gələnlərə Sizə yaxınlaşdıqları saata uyğun nömrə verməlisiz. Saf “gənclər” susmalı oldular. Necə desinlər ki, bu Azad Kəngərlinin istəyi ilə olub.
Keçib foyedə oturub gözlədik. Əlində dəftər tutmuş gənc maskalı qız tez-tez gələrək adda-budda nömrələri deyib, özü ilə 2-ci mərtəbəyə aparırdı. Qəbula gələnlər etiraz edirdilər. Kimisi, "2-ci qrup əliləm", -deyib qışqırırdı. Kimisi, “qalmışıq uşaq-muşaq əlində, -deyib narazılıq bildirirdi. Mən də 3 saat ərzində məndən sonrakı 84, 85, 86 keçdikdə Azad Kəngərliyə 2-ci qrup əlil olduğumu, özümlə gətirdiyim 2 kitabdan birini – 2024-cü ildə çap olunmuş, ölkədə sonuncu və ən fundamental Heydər Əliyev haqqında monoqrafiyamı çıxarıb göstərib alim olduğumu bildirdim. Kobud surətdə yanımdan keçib getdi və bizi yalnız zalda sonuncu qəbula gələnlərlə birgə 4 saatın tamamında, o da bir Kəngərlidən telefonla təlimatlar alıb qəbula çıxaran qıza iradımı bildirdikdə apardılar

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyev! Siz deyin, saat 11-də binaya daxil olduğumuz halda, biz niyə 4 saat qəbula keçə bilməməliydik?! Azad Kəngərlinin nə ixtiyarı var, 1, 2. 3, 5. 10 deyil, 10-larla özmarağında olan vətəndaşı NÖVBƏDƏNKƏNAR şəkildə qəbula keçirsin?!
Mənə inanın və Azərbaycan Konstitutsiyasına hörmətinizlə, vətəndaşlara insan statusunda qiymət verən düşüncənizlə bu harın, “burda mənəm, bağdadda kor xəlifə” xarakterdə məmurunuzu tutduğu vəzifədən kənarlaşdırın. İnanın! Mən qocaman həyatımda qanunsuz iş görməmişəm, o cavan yaşında demək olar ki, hər gün qanunları taptalaylr! 3 dəfə qəbulda olub (xüsusən də 18 iyulda) onun haqqında bu qərara gəlmişəm. Bu il ölkəmizdə Konstitutsiya və Suverenlik ilidir. Mənim və eləcə də 2-3 dəqiqəlik qəbul üçün saatlarla qəbul gözləyən onlarla vətəndaşın Qəbul sırasını öz marağına uyğun adamlara verən, dəhşət ifratlıqla vətəndaşı alçaldan, Allahdan başqa heç kimi olmayan vətəndaşlar səsini çıxardıqda onlarla ermənilər qədər sərt davranacaq polis işçiləri çağıran Azad Kəngərli Prezident Adminstrasiyasında hegimonluq etmək səlahiyyətli arxa-dayağa malikdir. Ancaq “dəmir yumruq” sahibi, XXI əsr dünya Fateh Lideri dəfələrlə deyib ki, “Mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm” və yenə dəfələrlə deyib ki, əziz xalqım, kim nə nöqsan gördü, yazsını, mən xəbər tutacağam! Həmçinin ölkə rəhbərimiz cənab İlham Əliyevin kəlamıdır: “mən xalqın xidmətçiiyəm”! Hətta dəqiq yadımdadır. 2013-cü ildə, fevral idi, prezidentimiz harın məmur balalarına xitabən “məmur balaları, sizin valideynlərinizi mən vəzifələrə qoymuşam, onları həbs etdirərəm, sizi işdən qovaram” – sərt bəyanət vermişdi.

Sözümün canı odur ki, Azad Kəngərli vətənaşlarla kobud davranışı ilə, 10-larla öz marağında olan şəxsi növbəlik prinsipini pozaraq qəbula aparması ilə kimə arxayındır?! Mən də ölkənin tanınmış alim-ziyalısı kimi Sizə bu Açıq məktubla Azad Kəngərlinin əməlləri haqda məlumat verirəm ki, biləsiz!
Birdən kim isə düşünər ki, Azad Kəngərli imtiyaz sahibi 10-larla vətəndaşı yuxarı aparıb!.. Xeyir. Əvvəldə dediyim kimi bizi qəbula yazan məmur 18 iyulda 14-də gəlin, demişdi. 17-si mənə zəng edən qız dedi ki, saat 11-də gəlin. Soruşdum, “nə əcəb zəng etmisiz və vaxtı dəyişirsiz?” Qız dedi ki, “bu şöbənin iyul ayında 2-ci qəbuludur və adam azdır”. Beləcə, əgər sıradan olan – imtiyazsız biz vətəndaşları saat 11-ə çağırmışdılarsa, deməli, imtiyazlıları sözsüz saat 10-na çağırıblar. Saat 10-dan 15-ə kimi imtiyazlı qalmaz! Yəni, 11-dən 15.00 –a kimi biz “qara camaat” Azad Kəngərlinin öz marağına uyğun olan 10-larla adamı qəbula salmasının əsəbini, haqsızlığını yaşamışıq. Bundan başqa 85 nömrənin vətəndaşı 11-ci otaqda oturmuşdu. İmtiyazlılar gözləmir ki! Gələn kimi özlərini təqdim edirlər və dərhal yuxarı çıxarılırlar.

Deməli, maskalı qız düz 15.00-da sonuncu adamları yuxarı aparanda mən, “83 nömrəni yenə aparmırsız”, -soruşdum. Qız. “gəlin-gəlin, hamı yuxarı çıxır”, dedi və biz onun dalınca düşüb liftə minərək 2-ci mərtəbəyə qalxdıq. Qəbul keçirilən qapının qarşısında təxminən 10 adam vardı. Məni və bacımı düz liftin çıxışındakı kreslolara oturtdular. Birdən 1 maskalı gənc oğlan telefonla danışan Azad Kəngərlidən nəsə təlimat alıb düz bizim qarşımızda dayanan həmkarı, gənc qıza dedi ki, “get onu gətir”. Mən bu xitabı eşitdim. Qız dərhal liftə getdi. Mən buna irad bildirdim. Həmçinin 85 nömrəli şəxsin hansı əsasla biz 83 nömrəli vətəndaşlardan əvvəl qəbula gətirildiyini soruşdum. Azad Kəngərli üstümə bir hündür, polis kişini göndərdi. O mənə sakitliyə riayət etməli olduğumu bildirdi. Bu vaxt lift açıldı və Qız ağ köynəkli, arıq, qara saçlı, 35 yaşlarda bir xanımla liftdən çıxıb birbaş Qəbul keçirilən otağın önünə getdi. Artıq əllərim əsirdi. Mən ağır formada şəkər xəstəsi, insult keçirmiş adam, dərmanlarımı zəng edib. “AZ ADAM olacaq”,- deyən xanıma inanıb dərman gətirməmiş 2-ci qrup əlil dözə bilmirdim. Həmçinin mən Sözünü deyən adamam! Mən Allahdan başqa heç nədən qorxmayan xarakter sahibiyəm. Necə yəni 4 saat əlil canımla gözləmişəm, 4 saat ərzində 1-ci mərtəbədə 2 dəqiqə olmamış gənc xanım gələn kimi düz qəbula?!
İrad bildirirdim ki, gözündə titrəmə problemi olan bir nəfər qəbul keçirilən otaqdan çıxıb mənə yaxınlaşdı. Nömrəmi soruşdu. Mənə minnətlə, 2-ci qrupsuz, indi apararıq, dedikdə bir az da əsəbləşdim. Daha 4 saat da bitib. 10-dan çox adam qalmayıb, mənə nə minnət qoyursuz, səhərdən Azad Kəngərli 10-larla adamı növbədənkənar keçirib. Dəfələrlə xəstə olduğumu, əlil olduğumu bildirmişəm - demişdim ki, Azad Kəngərli həmin şəxsə dediklərimi eşitdiyindən qəzəblənərək polisə məni qəbuldan çıxarmaq əmrini verdi. Bir qadın polis məni qəbuldan çıxartdı. Liftdən çıxarkən “ürək açan” mənzərəni görən 1 polis nə baş verdiyini soruşdu. Bizi Azad Kəngərli ilə birlikdə müşayət edən “xüsusi təyinatlı”, əvvəl məni qorxutmaq istəmiş polis “rəis” sakitliyi pozub, dedi. Mən də “rəis mən aliməm, Azad Kəngərlinin 10-la şəxsi növbədənkənar qəbula ötürməsi qanunsuzluğuna dözə bilmədim. – dedim. Bu vaxt Azad Kəngərli ayıbını polislərin də eşitdiyindən narahat olub, öz “adamı” polisə “çıxarın” əmrini verdi. Polis rəisi bir heç oldu Azad Kəngərlinin və onun xüsusi tapşırıqları üzrə "polisinin" yanında.

İndi isə Sizin diqqətinizə "düşüncə üçün" nəzəri – məntiqi dəlillərimi çatdırıram:
1. Mən 2-ci mərtəbədə 85-ci nömrəli vətəndaşın hansı əsasla 83-cü. - yəni məndən əvvəl qəbula keçirildiyini heç 1 dəqiqə soruşa bilmədim!
2. Mən 4 saat ərzində 2 dəqiqə belə qəbulda olmamış ağ köynəkli, arıq, qısa, qara saçlı 35 yaşlarında qadının biz və 10-a yaxın adamın qəbulu gözlədiyini saymadan qəbula keçirilməsinə də heç 1 dəqiqə narazılıq bildirə bildim! Ancaq bu qanunsuzluq oldu! Polis çağırıldı.
BƏS HƏMİN GÜN, ƏVVƏLLƏR 5 SAAT, 7 SAAT GÖZLƏDİYİM QƏBULLARDA, BU MİNVALLA HƏR GÜN 10-LARLA ŞƏXSİ ÖZ MARAĞINA GÖRƏ NÖVBƏDƏNKƏNAR QƏBULA KEÇİRMƏK QANUNSUZLUQ DEYİL? Yaşlı alim qadına qarşı AYIBINI FAŞ ETDİYİ ÜÇÜN vəhşi davranış QANUNSUZLUQ DEYİL?!
O, hər qəbulda 10-la yox, bu hesabla ayda 100-lərlə özmarağına uyğun şəxsi növbədənkənar qəbula keçirir, hər qəbulda xüsusi "polislərinə" şikayətçiləri bayıra tulladır! Yəni oranın bir məsul rəhbəri yoxdur ki, heç olmasa otağından vəziyyəti müşayət etsin?! Eşitdim, Şəfiqə adlı xanımdır Azərbaycan Respublikası Prezidentinin Administrasiyası binasının direktoru. Maraqlıdır, onu harda görüb şikayət etmək olar?! Ümumiyyətlə, 4 saata neçə adam qəbul edilə bilər?! Çıxanlar narazılıq edirdilər ki, 2 dəqiqə belə onları dinləmədən “çıxın”deyirlər. Bir də Şəfiqə xanımı tapa bilsəydim, soruşardım ki, (83-cü məndim) bir gündə 90 –100 adam necə qəbul etmək olar?!
Mən AZAD KƏNGƏRLİNİN özünün deyil vətəndaşı olduğum Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına Konstitutsiya hüququmla Vətəndaş qəbuluna gəlmişəm! Mənə mən Dövlətimə öz işimdə vicdanla, məsuliyyətlə Xidmət edildiyi kimi xidmət edilməlidir! Cəngəllik qanunları, bazar psixologiyası ilə YOX! Vəhşilik Edilib! Xalqın elminin fəadaisi olan, 2-ci qrup əlil vətəndaş, yaşlı qadına qarşı vəhşi davranışına görə onu Siz hörmətli cənab Samir Nuriyev cəzalandırıb vəzifəsindən kənarlaşdırmalısız! Əks halda mən də əlimdən gələni edəcəyəm. Əlimdən əlbəttə, bir yazmaq gəlir. Azad Kəngərlidən 1000-lə var. Məndən isə 1 dənədir. Dövlətin 40 il yetişdirdiyi məhsular, şəffav fəaliyyəti olan və ləyaqətli alim-ziyalıyam! Vicdanınız yəqin var və haqqın-ədalətin yanında olun! Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azad Kəngərlinin özünün sahib olduğu villa deyil!!!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Cənab Samir Nuriyev! 10-12 il əvvəl mən AR PA -na qəbula getmişəm. Çox darısqal yerdə polislər vətəndaşları növbə ilə əvvəl qəbul keçirilıcək otağın önündəki dar kolidor vardı, ora keçirirdilər, ordan da hər kəs nömrəsini bilirdi, qayda ilə keçirdi "Ümidgaha"!
Hüquq-mühafizə orqanları ilə İŞ şöbəsinin də qəbuluna getmişəm. Böyük 1 otaqda bəlkə 4,5 əməkdaş otururdu. Ərizələri alır, dərd-dil edirdilər vətəndaşlarla. Onda da Fuad Ələsgərov özü qəbul etmirdi. Amma əməkdaşları çox böyük məsuliyyətlə qəbul edirdilər. İndi biyabırçılıqdı! Xüsusilə də Azad Kəngərli! Ona tabe olan könüllülər xəcalət çəkirdilər onun növbədənkənar buraxılışlarından! Hətta dəftəri gətirmirdilər aşağı. Yuxarıdan telefonla deyilirdi, kimi gətirin! BELƏ QƏBUL OLAR?!
Cənab Samir Nuriyev! İndi isə Sizə Qəbula - Azad Kəngərlinin “düşərgəsinə” gəlmək məcburiyyətimin əsasını anladım:
Ölkənin 3 məhkəməsi xeyrimizə Qərar çıxarıb. Arxa-dayaqlarının AR DİN-də olduğunu eşitdiyim GİYASLI GROUP MMC cənab İlham Əliyevin adı ilə - "prezident bizə tapşırıb ki, kimin nəyi var, verin" – Vədi ilə söküntüyə 4 ay qalmış bizi aldadıb məhv etdiyi 150 kv. m.dən çox sahəsi olan Mülkiyyətimizin əvəzini vermir ki, vermir! Melisa məsələsini xatırladıram: 400 kv.m. əvəzinə 750 kv.m.verdirdilər borcluya! Nizami rayonunda 51 kv.m.əvəzi 94 kv.m verdirdilər. MƏNİM 150 KV.M. OBYEKTİMİ 3 MƏHKƏMƏ QƏRARI ƏLİMİZDƏ müxtəlif bəhanələrlə VERMİR! Bəlkə də AZAD KƏNGƏRLİ DİN-də oğlumu, özümü işləyən mülkiyyıtimizin yerini 1 kv.m. 10-12 min manata satmış sahibkarla - əslən İmişlidən olan tikinti kralları Fəhad, Orxan, Pərviz Ağayev - Qiyaslılarla qohumdur, tanışdır, onların təsiri ilə bizim – iki bacı – mülkiyyət sahibinin əlaqədar şöbənin qəbuluna girməyimizə mane olub. 1-ci dəfə də 5 saat gözləyib girdim, 18 iyulda da təsvir etdiyim kimi, belə!..

PS. Bizim Fuad Ələsgərov şöbəsinin qəbuluna ümidlərimiz elə böyük idi ki! Dövlət daxilində dövlət qurmuş statusda olan Giyasli Group MMC-nin Ali məhkəmə Qərarını belə saya saymamasını bildirib, (keçən il Ramin adlı əməkdaş bizə kömək etdi. Məsələmiz nəzarətə götürüldü) imdad diləyəcəkdik. Dövlətçilik mövqeli tanınmış alimin "AŞPA-lar"-a sığınması utancdır, bunu harınlar dərk etməz! Bizim Ramin müəllimin bizi qəbul etməsinə ehtiyacımız var. Çünki Giyaslı MMC-nin mülkiyyətimizi geri verməməsi ilə bağlı yenidən məhkəməyə müraciət etmişik. Mülkiyyətimizdən azı 1 milyon qazanmış bu krallar məhkəməni ələ ala bilərlər! Məhkəməyədək qəbul edilməsək, İş nəzarətə götürülməsə, məcburam yenə Avropa Departamentinin Azərbaycan nümayəndəliyinə müraciət edim.
...VƏ Allah şahiddir ki, dövlət əhəmiyyətli işlərimi atıb, hətta dərmanlarımı içməyib səhərdən bu yazını yazıram. Azad Kəngərli və onun kimiləri böyüklərinə tanıtmaqla xalqımı xilas etmək istəyirəm!
Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
/cahanplus.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru