Kreml botları Azərbaycana hücuma keçdi

Bu gün, 09:34           
Kreml botları Azərbaycana hücuma keçdi
Prezident İlham Əliyevin “işğalla barışmaq olmaz” fikri və AZAL təyyarəsinin vurulması ilə bağlı Moskvaya yönəlik tənqidi açıqlamalarından sonra Rusiya sosial media platformalarında – xüsusən də Telegram-da koordinasiyalı hücum kampaniyası başlayıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın tanınmış Z-təmayüllü kanallarında və bot şəbəkələrində Azərbaycana qarşı təhqiramiz ifadələr və açıq-aşkar təhdidlər yayılır. Məqsəd – Azərbaycan rəhbərliyinin müstəqil və prinsipial mövqeyinə qarşı təzyiq formalaşdırmaq, ictimai rəyə təsir etməkdir.

Təbliğat və botfermalar tərəfindən yayılan bəzi sitatlar belədir:

“Aliyev özünə daha bir düşmən qazandı. Bundan artıq deyil.”
“Mən elə bilirdim, təkcə ukraynalılar satqındır, məlum olur ki, azərlər də xəyanətkarmış.”
“Ukrayna müharibəsi bitsin, onların da ‘nağıl’ həyatı başlayacaq. İki bomba kifayətdir – nə boru qalar, nə də dövlət.”

Bu kimi təhdid və təhqirlər Azərbaycanın suveren siyasətinə qarşı yönəlib və açıq şəkildə Kreml təbliğat maşınının əsil mahiyyətini ortaya qoyur: fikrini bildirənə qarşı dərhal hücum, fərqli mövqeyə qarşı nifrət.

Ekspertlərin fikrincə, bu təbliğat kampaniyası həm də Rusiya ictimaiyyətini manipulyasiya etməyə və azərbaycanofobiya yaratmağa xidmət edir. Amma tarix göstərir ki, Azərbaycan bu cür təhdidlərə boyun əyməyib və bundan sonra da əyməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru