Alkoqolun təhlükəsiz dozası açıqlandı

Dünən, 12:18           
Alkoqolun təhlükəsiz dozası açıqlandı
Alkoqolun nisbətən təhlükəsiz dozası 10 ml tünd içki və ya təxminən 50 ml pivə hesab olunur.

Bunu Lenta.ru-ya psixiatr və narkoloq Andrey Tyurin bildirib.

Eyni zamanda, həkim qeyd edib ki, az sayda insan belə az dozada pivə qəbul edir. Onun sözlərinə görə, insanlar, adətən, bir dəfəyə ən azı 500 ml köpüklü içki içirlər, bu da 40-60 ml tünd spirtə bərabərdir.

"Əgər insan üç belə stəkan içirsə, təsir baxımından bu doza 150 ml araq, viski və ya konyaka bərabərdir", - deyə Tyurin xəbərdarlıq edib.

Həkim xatırladıb ki, həddindən artıq spirtli içki qəbulu qaraciyər, böyrək, beyin və digər həyati vacib orqanlara zərər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru