Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var Bu gün, 11:18 Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.İHA xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.Dəhşətli qəzaya sərnişin avtobusu sürücüsünün idarəetməni itirməsi səbəb olub.Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır. Facebook-da paylaş