Qacarlar dövlətinin Qulam, Azəri süvari dəstələri ilə yanaşı, QIZILBAŞ süvari dəstəsi də mövcud idi.
Bu gün, 11:04

1812-1813-cü ildə "Persiyaya sayəhət" adlı kitabın müəllifi, rus ordusunda xidmət etmiş, fransalı səyyah Qaspar Druvil yazırdı:
Persiyanın [Qacar dövlətinin-red.] əsas hərbi gücü, digər Şərq xalqlarında olduğu kimi, süvarilərdən ibarətdir. Onların süvari qoşunları piyada qüvvələrindən üç-dörd dəfə çox olur.
Bu dövlətin əsas süvari qüvvəsi QIZILBAŞ adlı nizamsız kirassirlərdir. Onların silah və geyim forması çox qədimdir.
Onları sayı təxminən 20 min nəfərdir, onlar bütün ölkə ərazisinə səpələnmişdir. Onlardan təxminən 4 min nəfər daim hökmdarın yanında — ya səfərdə, ya da yolda olur. Onlar türklərlə döyüşlərdə göstərdikləri igidliklə tanınırlar. Lakin Avropa orduları ilə heç vaxt qarşılaşmadıqları üçün topların səsinə öyrəşməmişlər; top atəşi onların nizamını pozur və döyüş qabiliyyətlərini azaldır.
Onlar böyük türkmən atlarında çox yaxşı süvarilik edirlər. Heç vaxt odlu silahdan istifadə etmirlər — yalnız nizə və qılıncla silahlanırlar. Müdafiə vasitələri isə qızıl suyuna salınmış dəmir dəbilqələrdən ibarətdir. Bu dəbilqələrin ətrafı polad halqalarla örtülüb, boyunu və çiyinləri qoruyur. Geyindikləri zireh polad halqalardan ibarət olub köynək formasındadır. Onun qolları yalnız dirsəklərə qədər uzanır ki, artıq çəki olmasın. Sol əllərində dairəvi qalxan — cəngavərlərin qalxanlarına bənzər — olur, sağ əllərində isə dəbilqə ilə bitən qolbaq (zirehli əlcək).
İstifadə etdikləri nizələr çox yüngüldür. Ucu iti dəmirdəndir, sapı isə əsasən 13–14 fut uzunluğunda elastik bambuk ağacından hazırlanır. Bu nizələr o qədər möhkəmdir ki, ən kəskin qılıncla belə asanlıqla kəsilə bilmir. Onlar nizəni Avropalılar kimi sağ çiyin altında deyil, əllərində saxlayırlar. Əllərini başlarının üstünə qaldıraraq sanki nizəni irəli atmaq istəyirmiş kimi tutur və belə döyüşürlər.
Bu ordu türklərlə döyüşə girdikdə, ilk olaraq nizələrdən istifadə edərək düşmənin cəbhəsini yarmağa çalışırlar. Düşmən geri çəkilməyə başlayanda isə qılıncları çıxarırlar. Elə bu zaman onlar olduqca qorxulu və təhlükəli olurlar.
Milli Kimlik
TEREF