"Azneft"-də özbaşınalıq həddini aşır - "Balaca və yekə "padşahlar" hansısa bir qəddarlığa əl atanda.."

25-01-2023, 11:18           
"Azneft"-də özbaşınalıq həddini aşır - "Balaca və yekə "padşahlar"  hansısa bir qəddarlığa əl atanda.."
Teref.az yazır ki, NHMT-nın sədri Mirvari Qəhrəmanlı Azneft İB-nin rəhbərliyinə müraciət ünvanlayıb. Mirvari xanım müraciətində yazır:
"Balaca və yekə "padşahlar" hansısa bir qəddarlığa əl atanda bilin ki, həyat bumeranqdır, özünüzə qayıdacaq.İnşAllah."
Mirvari xanım daha sonra fikrini şərh edərək faktları sadalayır:
"-Ötən il Qaz İxrac idarəsinin Astara mağıstral neft kəmərləri idarəsinin işçisi Nuru onkoloji xəstə Vüqar Abbasovun evinə gəlib ona məcburi işdənçıxma ərizəsi yazdırdı.Xəstə iki həftə sonra dünyasını dəyişdi
-28 May adına NQÇİ rəisi Zaur Bağırov işçisi Həsənov Həsənin xəstəlik vərəqəsini qəbul etməyib onu "proqul" ilə həm işdən azad etdi, həm də ki ,yaşadığı Çilov adasından "deport" etdi.
Azneft İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresinin rəisi Coşqun Mayılov bir il xəstəlikdən sonra 3-cü qrup əlillik almış işçisi Manafov Ramizin xəstəlik vərəqəsini qəbul etməyib, xüsusi araşdırma aparıb,sovet vaxtlarındakı kimi xəstə vaxtı evdə olub olmamasını yoxlayıb aktlar tərtib edərək onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad edib
Bu halda Çingiz Abdullayevin bir cümləsi yadıma düşdü...."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.