İran generalından ŞOK AÇIQLAMA: “10 il müharibə aparmağa silahımız var!”

Bu gün, 00:08           
İran generalından ŞOK AÇIQLAMA:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Məhəmmədrza Aştiyani ölkəsinin hərbi hazırlığı ilə bağlı iddialı açıqlama verib.

General Aştiyani İranın arsenalında on il müharibə aparmaq üçün kifayət qədər silah və sursat olduğunu bildirib.

"Müharibə zamanı arsenalımıza ciddi ziyan dəyməyib. Əgər lazım gəlsə, on il müharibə aparmağa yetəcək qədər silah və sursatımız var. Əslində texniki təchizat o qədər də önəmli deyil. Ən vacibi mənəvi ruh yüksəkliyidir. Gücümüzün 75 faizi buna əsaslanır", – deyə o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.