ABŞ siyasətində yeni nəhəng qalmaqal!
Bu gün, 09:24

"Epşteyn işi" çox həcmli prosesdir və çalışacağam məsələni qısa şəkildə izah edim.
"Epşteyn işi" - amerikalı maliyyəçi Ceffri Epşteyn ilə bağlı geniş rezonans doğuran hüquqi və siyasi qalmaqaldır. Epşteyni yetkinlik yaşına çatmamış qızların cinsi istismarı və alverində ittiham edirdilər.
2000-ci illərin əvvəllərindən etibarən, yetkinlik yaşına çatmamış qızların cinsi istismarı ilə bağlı şahid ifadələri yayılmağa başladı.
Qızlar "masaj" bəhanəsi ilə Epşteynin evlərinə dəvət olunur, sonra isə onlara qarşı cinsi zorakılıq və təcavüz halları baş verirdi.
Bəzi məlumatlara görə, Epşteyn bu qurbanların cəlb olunması üçün böyük bir şəbəkə qurmuşdu və sonra onları digər nüfuzlu şəxslərə(o cümlədən siyasətçilərə) "ötürürdü".
İddialara əsasən, onun Karib dənizindəki şəxsi adasında yetkinlik yaşına çatmamış qızların da iştirak etdiyi seks orqiyalar keçirilirdi və bu tədbirlərdə yüksək vəzifəli qonaqlar da olurdu.
2005-ci ildə Florida ştatında 14 yaşlı qızın ailəsi polisə müraciət etdi.
İstintaq zamanı polis 30-dan çox yetkinlik yaşına çatmamış qız müəyyən etdi ki, Epşteyn onları "masaj" bəhanəsi ilə malikanəsinə gətirib və sonra cinsi istismara məruz qoyub.
FTB(FBİ) hesabat hazırladı və bu işi federal səviyyədə insan alveri kimi ittiham olunmasını tövsiyə etdi.
Federal səviyyədə iş qaldırılmaq əvəzinə, 2008-ci ildə Epşteyn Florida prokurorluğu ilə razılaşma imzaladı. Həmin razılaşma bu gün də çox mübahisəli hesab olunur və bu səbəbdən də, bir çox komplo nəzəriyyələrin ortaya çıxmasına gətirdi.
Razılaşmanın şərtlərinə əsasən:
Epşteyn 2 ittihamı, o cümlədən yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə təhrik etməyi, etiraf etdi.
Ona 18 ay həbs cəzası verildi, amma o cəzanın cəmi 13 ayını çəkdi.
Həbs müddətində onun hər gün 12 saatlıq həbsxananı tərk etməyə icazəsi vardı(təsəvvür edin).
Federal istintaq dayandırıldı, və potensial qurbanlar bu razılaşmadan xəbərdar edilmədi, bu isə ABŞ qanunvericiliyində zərərçəkmişlərin hüquqlarına ziddir.
2018-ci ildə jurnalist istintaqı(Culi Braun) Epşteynin 2008-ci ildə işindəki müəmmaları ortaya çıxartdı və ictimai təzyiq nəticəsində 2019-cu ildə yeni cinayət işi açıldı.
6 iyul 2019-cu ildə Ceffri Epşteyn həbs olundu, 10 avqust 2019-cu ildə isə kamerada ölü tapıldı.
Rəsmi səbəb intihar olsa da, müəmmalı məqamlar çox idi:
- Videomüşahidə kameraları həmin an işləmirdi;
- "Mühafizəçilər yatmışdı;
- Onun bədənində asılmadan daha çox, boğulma ilə uyğun gələn sınıq izləri var idi.
Bu hadisə saysız-hesabsız konspirologiya nəzəriyyələrinə yol açdı.
İndi isə keçək məsələnin siyasi tərəfinə və bugünkü hadisələrə.
İllər ərzindən Trampa və MAGA "Epşteyn işi"ndə Obama və Baydenə qarşı mübarizədə istifadə edirdi. Onlar iddia edirdilər ki, bu işdə bir çox demokratların adı keçir və əgər hakimiyyətə gəlsələr, bütün sənədləri ictimaiyyətə açıqlayacaqlarını vəd edirdilər.
Trampçıların təbliğ etdiyi komplo nəzəriyyəsinə görə "Epşteyn işi"nin ifşası "pedofil elitasının" süqutuna aparan yoldur.
Trampçılar iddia edirlər ki, Tramp bu elita ilə mübarizə aparır və "Epşteyn işi" bu şəbəkənin ifşasında əsas açardır.
Nəticə etibarı ilə "Epşteyn işi"nin ifşası üçün acıyan nəhəng radikal ultra-sağ aqressiv kütlə yarandı. Qan üçün acımış monstr.
İndi isə nə baş verdi?
7 iyulda dərc olunmuş birgə memoranduma əsasən, ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi 2019-cu ildə federal həbsxanada vəfat edən Epşteynin ölümü və onun guya müştəri siyahısı ilə bağlı uzun müddətdir mövcud olan sui-qəsd nəzəriyyələrini təsdiqləyən heç bir dəlilin olmadığını bəyan ediblər.
Vəssalam, bu bəyanatdan sonra ABŞ siyasi səhnəsi alt-üst oldu. İllər ərzində "Epşteyn işi"nin qanı üçün acımış radikal trampçıları sanki zəncirdən buraxdılar.
Hakimiyyətin daxilində çox ciddi qarşıdurmalar başladı, sadiq trampçı FTB-nin direktor müavini Den Bondcino Baş prokuror Pem Bondi ilə münaqişəyə girib, İlon Mask bir tərəfdən "Epşteyn işi"nin ifşasını tələb edə kampaniyanı maliyyələşdirir, hətta Trampın məşuqəsi Lora Lumer də Baş Prokurorun üstünə düşüb.
Tramp üçün durum son dərəcədə kritikdir və bunu, yazdığı statusdan hiss etmək olar, oxuyaq:
- Mənim "oğlanlarıma" və bəzi hallarda "qızlarıma" nə olub belə? Onların hamısı baş prokuror Pem Bondiyə hücum edir, halbuki o, MÖHTƏŞƏM İŞ görür! Biz eyni komandadayıq, MAGA. Baş verənlər mənim xoşuma gəlmir."
P.S. Şəkildə isə Trampı Epşteynlə birlikdə görə bilərsiniz.
Kamran Cəfərov
TEREF