KİV: Trampın təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər dərhal işdən uzaqlaşdırılmalı idilər
Bu gün, 16:14
2024-cü ilin iyulunda sui-qəsd cəhdi zamanı ABŞ prezidentliyinə ozamankı namizəd Donald Trampı qoruyan Məxfi Xidmət rəhbərliyi və agentləri onun seçki kampaniyası günü buraxdıqları səhvlərə görə cavabdehlik daşımayıb.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Məxfi Xidmətin əməkdaşları Pensilvaniya ştatının Batler şəhərində sui-qəsd cəhdindən sonra gələn reaksiyadan son dərəcə məyus olublar. Xidmətin ovaxtkı rəhbəri Kimberli Çitl tezliklə istefa versə də, televiziya şirkətinin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, həmin gün Trampın təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər dərhal işdən uzaqlaşdırılmalı idilər.
Bununla belə, sui-qəsd cəhdindən sonrakı bir il ərzində Məxfi Xidmətin yalnız altı əməkdaşı məsuliyyətə cəlb edilib - onlar qısa müddətə xidmətdən kənarlaşdırılıblar.