Qobustanda intihar edən sakin prokuroru ittiham edir-Video.

3-06-2016, 20:36           
Qobustanda intihar edən sakin prokuroru ittiham edir-Video.
Dünən Qobustan şəhər ( keçmiş Mərəzə ) sakini Muradov Rasim Tahir oğlu özünü asaraq intihar edib.

Mənbənin bildirdiyinə görə, həmin şəxs bir müddət əvvəl avtomobil qəzası törədib və hadisə nəticəsində ölüm olmayıb, xəsarət alan olub.

teref.az myazır ki, nia.az-ın verdiyi xəbərə görə,intihar edən şəxs ölümünün səbəbi ilə bağlı məktub yazıb. Və bildirib ki, Qobustan rayon prokurorluğu mənə qarşı dəfələrlə təzyiq edib.

Məlumat üçün bildirək ki, Qobustan rayon prokuroru xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadədir. Ancaq mənbə bildiriir ki, Azər müəllim rayonda çox az olur, onun işlərini əsasən müavini Eldəniz Əhmədov həyata keçirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.