Tahir Kərimovun 5 mərtəbəli dəbdəbəli binası icarəyə çıxarıldı — FOTO

1-07-2016, 19:13           
Tahir Kərimovun 5 mərtəbəli dəbdəbəli binası icarəyə çıxarıldı — FOTO
Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində ona məxsus olan 5 mərtəbəli dəbdəbəli ofisini icarəyə çıxarıb.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, sözügedən bina bir neçə ay öncədən icarəyə verilsə, də indiyədək boş qalıb.
Bundan əvvəl isə bu binada məişət avadanlıqlarının satıldığı deyilir.
Xatırladaq ki, Tahir Kərimov 2016-cı il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.