Aygün Əliyeva QHT-lərə dəstək agentliyinin pulları ilə rəfiqələrini "yaşadır" - ŞOK FAKTLAR
21-08-2023, 11:54
Teref.az yazır ki, İSBAM rəhbəri Samir Adıgözəlli yeni açıqlaması ilə çıxış edib. Samir Adıgözəlli yazır:
Növbəti araşdırmamı təqdim edirəm .
Bildirim ki, QHT agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində qalib elan edilmiş bir sıra təşkilatlar ümumiyyətlə ictimai sektorda tanınmırlar.
Onlar içərisində qrant almış daha iki təşkilatı diqqətinizə çatdırıram və bu təşkilarları tanıyanlar varsa, yazsınlar. Görək bu təşkilatlar, ümumiyyətlə ictimai sektorda nə kimi fəaliyyətlə məşğuldurlar.
1. Sağlam həyatın təbliği ictimai birliyi- sədri Elçin Quliyev
Həyata keçirəcəyi layihənin adı:
“Xalq oyunları - sağlam gələcək” mövzusunda idman yarışlarının keçirilməsi.
Ayrılan məbləğ: 8000 azn
Birinci mənə izah etsinlər görüm, “Xalq oyunları-sağlam gələcək”belə bir layihəyə hansı məntiq ilə vəsait ayrıblar ?
İkinci təşkilat “Mühit” Ekoloji Mühafizə İctimai Birliyi sədri- HünBətəliyev Əzizağa
Layihənin adı:
“Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlardırma tədbirlərinin keçirilməsi”
Ayrılan vəsait: 7000 azn
Baxın hər iki təşkilat haqqında mətbuatda və internet resurslarında heç bir informasiyaya rast gəlmək mümkün deyil.
Bu qədər mühüm bir sahəni əhatə edən mövzu ilə qrant alan təşkilat ekoloji, ictimai işlərdə hansı töhfəsi var?
Hər iki təşkilata qrant birbaşa Aygun Aliyeva ' nin təşəbbüsü ilə verilib.
Sağlam Həyatın təbliği adlı təşkilatın sədri Elçin Quliyevin həyat yoldaşı Bakı şəhər rayonlarından birində İcra başçısının müavinidir. Və adını qeyd etmədiyim xanım müavin İcraçı direktor Aygün xanımın yaxın rəfiqələrindəndir.
Bütün bu hallar müsabiqənin nə qədər qeyri şəffaf, qeyri-adi obyektiv keçirildiyinə sübutdur.
Bu cür qrant ayrılması hansı maraqlara xidmət edir? Bu artıq hüquq Mühafizə Orqanlarının işidir.