QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi? -

21-08-2023, 12:24           
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi? -
Əvvəllər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adlanırdı. İllərlə bu adla adsız-sansız təşkilatlar dövlətin pulunu yağmaladı, heç bir iş görməyən QHT-lər qalib elan edildi, maliyyələşdi, vətəndaş cəmiyyətinin inkişafına bir qəpik xeyri olmayanlar bu yolla varlandılar, bu işi biznesə çevirdilər. Təbii ki, şura sədri o vaxt Azay Quliyev idi. Sonra gördülər ki, biabırçılıqdır, faktlar, rəqəmlər açıqlanır, siyahıda elə təşkilatlar olur ki, müdafiə ediləsi yeri yoxdur. Qərar verdilər ki, bu "idarə"nin adı dəyişsin. Beləcə rebrendinq edib, QHT-lərə Dövlət Dəstəyi Agentliyi adlandırdılar. Amma dəyişən elə ad oldu, əvvəl şura idi, indi agentlik... Mahiyyət isə dəyişmədi. Çünki müşahidə şurasının təsis edilməsi ilə heç də sistemli nəticə əldə etmək mümkün deyil. Ona görə "köhnə hamam, köhnə tas" oldu. İndi bu agentlik də vətəndaş cəmiyyətini bərbad vəziyyətə qoymaqdadır. Və yenə elə təşkilatlar qrant alır ki, məəttəl qalırsan. Anaxeber.info məlumat verir ki, bu mövzuda İctimai - Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adigözəlli inanılmaz iddialar səsləndirib. Onun sözlərinə görə, QHT Agentliyində baş verən qanunsuzluqlar və büdcə pullarının boş yerə sovrulması haqda araşdırmalar aparır. QHT rəhbəri qeyd edib ki, üç ayın təşkilatına 8 000 manat qrant ayrılıb. Sitat: "Jurnalistika Sənətkarlığına Dəstək" ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunub və 8000 manat qrant ayrılıb.
QHT Agentliyində belə bir qayda var idi - təşkilatın ən azı bir il fəaliyyəti olmalıdır.
Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.
Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək üç ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil". O, sual verir ki, necə olur, təşkilatlar var 5-10 ildir qeydiyyat gözləməkdədir?!
O, iddia edir ki, belələrinə isə bir zəngə hər işləri görülür. "Jurnalistika Sənətkarlığına Dəstək" birliyinin müsabiqədə qalib olmasının arxasında icraçı direktor Aygün Əliyeva dayanır" - QHT sədri bildirib.

S. Adıgözəlli açıqladığı başqa bir faktda da Agentliyin fəaliyyətini gözlər önünə sərib. O, Agentliyin sədri Azay Quliyevi istefaya çağırıb.
"Bilirəm ki, əlillər, qazilər, şəhid ailələri təşkilatları və sair metodlarla mənə təzyiqlər göstərməyə çalışırsınız. Şər-böhtan, hədələmək, hətta ölümlə təqib etmək....
Bunların hamısını görmüşəm, iradəmə təsir edə bilməyəcəksiniz.
Bir haqq - salam qalıb, ona da xələl gətirməyin.
QHT Agentliyinin dövlətin pulları hesabına yediyinizdən geydiyinizə qədər hər işinizi gözəl bilirik.
Qərəzsiz yazılarıma cəsarətiniz çatırsa, cavab verin. Yoxdursa, istefa verin, hörmətli Agentlik rəhbərliyi..."

Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.