İnam Kərimovun Şirvandakı hakimi qanunları necə ayaqlayıb: Lənkəranda sahibkar dövlətə meydan oxuyur – VİDEO

22-08-2023, 15:17           
İnam Kərimovun Şirvandakı hakimi qanunları necə ayaqlayıb: Lənkəranda sahibkar dövlətə meydan oxuyur – VİDEO
Otən gün Lənkəran şəhərində poçt xidmətinin fəaliyyətinə yaradılan problem haqqında yazmışdıq. “Cənub bölgəsində sahibkardan dövlətə şok təxribat: Lənkəranda poçt rabitəsi iflic edildi”
başlıqlı yazımızda bildirmişdik ki, Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binasının ətrafında, binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.

Onu da qeyd edək ki, sözügedən bina dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar. Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir! Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib!
Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına, surəti cumhuriyyet.az-a göndərilən məktublarda deyilir: “Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında, Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarliq planlaşdırma bölməsi Lənkəran Şəhər İcra Hakimiyyəti iləra zılaşdırılmışdır. Mansard əvəzinə əlavə mərtəbədə tikinti-quraşdırma işlərinin aparilması aşkar edildiyindən şəhər icra hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 20 avqust 2021-ci il tarixdə 0521 nömrəli qərarla tikinti işləri dayandırılmışdır. Bir daha tikinti işlərinin yenidən davam etdirildiyi aşkar edilmiş və agentlik tərəfindən 23 sentyabr 2021-ci il tarixdə inzibati qaydada protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”na uyğun tədbirlər görülməsindən ötrü 18 noyabr 2022-ci il tarixdə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məktub göndərilmişdir. Amma yuxarıda qeyd edilən qanun pozuntusunun aşkarlanmasına baxmayaraq qeyri-qanuni tikilən tikiliyə Şirvan inzibati-məhkəməsində hakim Nəcəfov Hilal Nəcəfəli oğlu tərəfindən (Qeydiyyat nömrəsi 2222016234) 08.12.2022-ci il taqixli qərara əsasən, çıxarış verilmişdir.
Şirvan inzibati-məhkəməsində işi aparan hakim Nəcəfov Hilal Nəcəfəli oğlu bu başı bəlalı tikiliyə hansı qərara əsasən cıxarış verib, anlamaq mümkün deyil. Tikilinin qeyri-qanuni olması haqqinda, verilən çıxarışdan öncə, yuxarıda qeyd edilən qanun pozuntusu ilə əlaqəli sənədlər yetərincədir. Necə olur ki, Azərbaycan Respublikası arxitektura komitəsi və ya FHN Tikintiyə Nəzarət, Lənkəran icra hakimiyyəti, Dövlət Reyestri idarəsi bu tikilinin qeyri-qanuni olduğunu bildirir, amma Şirvan inzabati məhkəməsində, ədalət təmsilçisi olan Nəcəfov Hilal Nəcəfəli oğlu bu tikiliyə çıxarış verilməsi haqda qərar çıxarır?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.