Zakir Qaralovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...

22-08-2023, 15:41           
Zakir Qaralovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...
Şirkətin 100 milyonlarla vergi borcu var… Haqqında bəhs edəcəyimiz “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyə, Əfqanıstan, Rusiya, hətta Serbiyada infrastrukturlar tikir.
Oxucularda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu, sıradan bir şirkət deyil. Onun üçün şirkətin strukturuna qısa da olsa nəzər salaq: Akkord Nəqliyyat” MMC ... “Akkord Nəqliyyat” MMC balansında olan 273 ədəd avtonəqliyyat vasitəsi, 83 ədəd maşın – mexanizm vasitəsilə ölkədə həyata keçirilən müxtəlif tikinti – quraşdırma layihələrində iştirak edir. Şirkətin balansında dünyanın aparıcı firmaları tərəfindən istehsal olunmuş texniki avadanlıqlar var. Bu avadanlıqlardan biri “Qazax Sement Zavodu” MMC – də sement istehsalı üçün nəzərdə tutulan və illik həcmi 1.200.000 ton olan xammalın yüklənməsində uğurla istifadə olunur.
Təşkilatın tabeliyində Bakı şəhərində iki, Qazaxda bir ədəd olmaqla 3 texniki park vardır. “Akkord General Construction” MMC ... Mülki tikintilər və mənzillər tikir. Məsələn, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, “Etalon”, “Kosmos”, “Montin”, “Tusi 1”, “Uğur 1”, “Uğur 4” yaşayış kompleksləri və “Sever” yaşayış binası, Zərifə Əliyeva adına 210 yerlik bağçasını, Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Göygöl Olimpiya idman kompleksi”ni, Ədliyyə Nazirliyinin sifarişi ilə “Gədəbəy rayon məhkəmə binası”nı tikib.
Eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun (MKSİF) sifarişi ilə Bakının Qaradağ və Abşeron rayonlarında, habelə Gəncədə və Göygöldə, Mingəçevirdə, Bərdə, Yevlax, Goranboy və Ağcabədidə minlərlə məcburi köçkünlər üçün yaşayış binaları tikilib istifadəyə verib.
“Hydraulic Mechanisms Company” MMC... Müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar sifariş əsasında yükləmə-boşaltma işlərini icra edirlər. “Hydraulic Mechanisms Company” MMC sizlərə ağac əkən və çıxaran müasir texnikanı təklif edir. Bu texnika ilə işlədiyiniz ərazidə olan ağacları köklü və torpaq ilə birlikdə çıxararaq istədiyiniz yerdə yenidən əkilməsini təmin edəcəyik. “Akkord Hydrotechnical Construction Company” MMC – dir.... Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi, subartezian quyularının qazılması daxildir... “Akkord Körpü Tunel Tikinti” MMC ...... Yollar, körpü, tunel, mikrotunel, yeraltı və yerüstü keçidlərin inşasını həyata keçirir...
Biz maksimum qısa şəkildə AKKORD-un nə olduğu barədə təsəvvür yaratmağa çalışdıq. Gördünüzmü, yaşayış binası, məhkəmə binası, idman kompleksi, uşaq bağçası, körpü, tunel....tikir, su quyusu, artezian quyusu qazır, kanalizasiya çəkir və daha nələr... Yəni sözümüzün canı odur ki, bu KORPORASİYADIR. Əbəs yerə demirdilər ki, bu şirkət sabiq baş prokuror Zakir Qaralova məxsusdur.
Biz bu şirkətin ilkin olaraq Gürcüstan əsilli azərbaycanlı İlqar Hacıyevə məxsus olması, sonradan Zakir Qaralovla şərik olması barədə uzun-uzadı yazmaq istəmirik. Hətta Zakir Qaralov öz 1-ci müavini Rüstəm Usubovun qohumu Elxan Usubovu AKKORDA baş mühəndis qoymuşdu.
Sözün qısası, AKKORD Qazaxstanda, Gürcüstanda xeyli maxinasiyalara yol verib və maxinator şirkət kimi tanınıb. Mediada yayılan məlumatlardan bəlli olur ki, son zamanlar AKKORD şirkəti artıq Zakir Qaralovun deyil. Və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru vəzifəsinə Türkiyə Respublikasının vətəndaşı Ayhan Keskinkılıç təyin edilib. Sözün qısası, Zakir Qaralova bir dəfə demişdilər ki, prokurorsan, get, otur prokuror yerində. Amma Ramiz Mehdiyev onu o qədər arxayın salmışdı ki, o, o sözü ona deyən şəxsin fikirlərinə ikinci dərəcəli yanaşmışdı. İndi hal-hazırda Zakir Qaralovun Beynəlxalq Bankdan götürdüyü 700 milyonun geri qaytarılmasının son günləridir. Ya pul Zakir Qaralovun Dövlətin hesabına qazandığı pullarla alınmış mülklərin satılaraq Beynəlxalq Banka geri qaytarılmalıdır, ya da birmənalı şəkildə Zakir Qaralov yaşının ahıl çağında həbsxanaya getməlidir.
P. S. Zakir Qaralov, bir zamanlar Dusya xalanın adı çəkilən kimi dünyanı bir - birinə qatırdın. İndi necə? Hansı hadisələrlə qarşılaşırsan? Maraqlıdır, deyilmi? Vaxtilə, jurnalistlərə deyirdin ki, bu nə işlərdir, məşğul olursunuz? Amma Beynəlxalq Banka qaytarılmayan pula görə sizi həbs edə bilərlər. Bilirsiniz hansı maddə ilə? 178, dələduzluq, yenə də çox maraqlıdır... Minlərlə adama dələduzluq maddəsi ilə ittiham verən bir şəxsi indi həmin maddə ilə ittiham edə bilərlər. Bir məsələni də sənə xatırladım. Vəzifədən çıxmamışdan öncə Ramiz Mehdiyevin qəbulundan 3 nəfər çıxırdınız. Üçünüz də Hüquq - Mühafizə Orqanlarının rəhbərləri idiniz. İndi sizlər kimsiniz? Özünüz bilirsinizmi..? Növbəti sayımızda "üçü birində" yazısı yazılacaq. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.