"Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib."- Samir Adıgözəlli Azay Quliyevi ittiham etdi...
22-08-2023, 18:04
Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin daxilində baş verən maliyyə pozuntuları ilə bağlı açıqlamalarını sosial şəbəkələrdə yaymaqda davam edir.Bu dəfə Agentliyin sədri deputat Azay Quliyevin evini paylaşarak yenə öz ritorik sullarını verib: "Hörmətli media, Hörmətli ictimaiyyət; Bugünkü araşdırmama QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi - Villası ilə davam edirəm. Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksində Azay müəllim stadionda yaradıb. Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib. Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla. Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil. Neçə -neçə QHT rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər. Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır. Samir Adigozelli" Teref.az olaraq ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az