Ucar Sakini Prezidentə müraciət etdi: " Cənab Prezident ƏƏSM nazirliyi bizimlə oyun oynayır...."

28-08-2023, 08:08           
Ucar Sakini Prezidentə müraciət etdi: " Cənab Prezident ƏƏSM nazirliyi bizimlə oyun oynayır...."
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Ucar şəhəri Heydər Əliyev prospekti, bina 87, ev 7-də yaşayan Tağıyev Əli Əlövsət oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olsaqda sosial yardım ala bilmirik. Bunun üçün dəfələrlə müraciəət etmişik. Lakin hər dəfə əsassız bəhanələrlə imtina verirlər.

Əvvəlcə müraciətimizə istifadəmizdə maşın bəhanəsi ilə imitna verildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin qəbuluna düşmək üçün bir neçə dəfə müraciət etdim. Nəhayət ki, Dövlət Sosial Müdafiə Fondunun rəsmi vəzifəli şəxsi məni onlayn qaydada qəbul etdikdən sonra bu bəhanə aradan götürüldü və rəsmi qaydada mənə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab məktubuda gəlib. Həmin məktubuda bu müraciətimə əlavə edirəm.

7 avqust 2023-cü il tarixində ikinci müraciətimi etdim. Müraciətim VEMTAS tərəfindən baxılması üçün 237768000306703 nömrəsi ilə qeydiyyata alındı. Lakin bu müraciətimədə əsassız və qanunsuz olaraq imtina verilib. Bu imtinada «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subsicribercode 7999903300000 abonent kodunun aşkarlanmaması göstərilib. Bu imtina yuxarıda qeyd etdiyim kimi tam əsassız və qanunsuzdur. Ona görə ki, yaşadığım evin sözügedən su sayğacının abonent koduna pulu kart vasitəsi ilə yükləyirəm. Yəni «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən bizə verilmiş karta pul yükləyirik və həmin kart vasitəsi ilə pul sayğaca yüklənir. İndi mən Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin yüksək vəzifəli şəxslərinə sual edirəm. Necə ola bilər ki, Sayğacın kartına pul yüklənəndə və kartdan sözügedən su sayğacının abonent koduna yükləyəndə problem olmur amma ünvanlı sosial yardımla bağlı müraciət edəndə VEMTAS sözügedən abonent kodunu aşkar edə bilmir? Nazirliyin imtinada göstərdiyi kimi əgər həqiqətən bu abonent kodunu aşkar etmək mümkün deyilsə onda pul karta yüklənəndə və ya kartdan sayğaca yüklənəndə niyə problem olmur? Bu necə olur? Əlbətdəki bütün problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS-ındadır. O VEMTAS-ı məqsədli şəkildə belə ediblər ki, sosial yardım üçün olunan müraciətlərə belə əndrabadi imtinalar versin

Hörmətli cənab Prezident, mən mətbuat vasitəsi ilə Sizə müraciət edirəm və Sizdən xahiş edirəm məni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babyevlə birlikdə şəxsən özünüz qəbul edəsiniz.

Hörmətlə:Tağıyev Əli Əlövsət oğlu
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.