Məmmədli kəndində yerləşən göl donuz peyini ilə məqsədli şəkildə qurudulur (VİDEO)

28-08-2023, 14:06           
Məmmədli kəndində yerləşən göl donuz peyini ilə məqsədli şəkildə qurudulur (VİDEO)
Abşeron rayonu Məmmədli kəndində yerləşən göl qurudulur.

Ərazidə yaşayan sakinlər iddia edir ki, onların yaşadığı ünvanın yaxınlığında gölü qurutmaq üçün məqsədli işlər görülür. Lakin bu yaxınlarda gecə ilə əraziyə xüsusi avtomobillər vasitəsi ilə donuz peyini boşaldılıb. Elə ki, külək əsdi evlərdə yaşamaq mümkün deyil. Hətta bəzi sakinlər mənzillərini tez bir zamanda tərk ediblər.

Məsələ ilə bağlı Məmmədli kənd Bələdiyyəsindən bildirildi ki, həmin ərazi yeni yaşayış massividir. Orada mövcud göl ətrafında yaranan antisanitariya və sakinlərin haqlı şikayətlərindən xəbərləri var.

Ərazinin kim və ya kimlər tərəfindən donuz peyini ilə çirkləndirməsini öyrənmək, eləcədə onların cəzəlandırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru