İSBAM sədrindən QHT agentliyinə ittihamlar davam edir FOTO
29-08-2023, 00:01
Hörmətli media təmsilçiləri, ictimaiyyət nümayəndələri.
QHT Agentliyinin 2023 il kiçik və diğər qrant müsabiqələri ətrafında araşdırmamı davam etdirirəm.
Bugün daha bir ictimai birliyi təqdim edirəm.
"Azəri Yurdu " Gənclər ictimai birliyi ,
Həyata keçiriləcək layihənin adı ; 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə hücumundan bəhs edən " Qanadı sınmış mələklər" adlı sənədli filmin hazırlanması. Ayrılan vəsait 8000 manat.
Əvvəla bu cür sənədli filmlərin illərdir hansı keyfiyyət və peşəkarlıqla hazırlandığı Agentlik rəhbərliyinə məlumdur.
Hələ Şuranın zamanında bu tip məsələlər geniş iclaslarda ciddi tənqid edilmişdir.
Adını qeyd etdiyim təşkilatın ictimai sektorda hazırda heç bir fəaliyyəti yoxdur . O zaman Agentlik hansı əsasla bu təşkilata qrant ayırıb?
Çünki qeyd etdiyim bu təşkilatın da arxasında vəzifəli şəxs durur. Daha dəqiqi Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsin təşkilatıdır ( etika naminə adın qeyd etmirəm) .
Bu təşkilatlar vasitəsilə otkat alınır, bir birlərinin işin aşırıb pul silirlər.
İndi bu adamlar göyə sovurduqlari büdcə pullarının taleyini yazdığıma görə məni susdurmağa çalışırlar.
Samir Adigozelli
Teref.az