Bakının girişindəki meşə massivi məhv edilir... - NAZİRİN NƏZƏRİNƏ...

31-08-2023, 09:17           
Bakının girişindəki meşə massivi məhv edilir... -
Paylaşacağımız videoda gördüyünüz bu mənzərə Sumqayıt istiqamətindən paytaxta gələndə – “Ekologiya Postu” kimi tanınan DYP binasının düz yanındakı , yolun sağ tərəfində olan yaşıllıq massivindən çəkilib. Məlumdur ki, paytaxtın çox az ərazilərində belə yaşıllıq massivləri qalıb. Onların hamısı işbazlar tərəfindən məhv edilərək, yerində çoxmərtəbəli binalar və ya gəlir gətirən bahalı “obyektlər” tikilib. Görünür, hələ SSRİ vaxtından salınan və paytaxtın girişinə xüsusi bir gözəllik, təbiətimizə isə bənzərsiz fayda verən bu meşə massivinə də kiminsə gözü düşüb. Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, bu ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır.

Onda isə sual olunur: hörmətli nazir Muxtar Babayev Bakının düz girişindəki bu yaşıllığın bilə-bilə məhv edilməsinə niyə göz yumur? Başa düşdük, o, Gədəbəyin Söyüdlü kəndində əcnəbilərin ekologiyamıza qarşı törətdiyi terroru görmürdü və buna görə də ölkə başçısının sərt danlağına tuş gəldi. Bu ərazi ki, düz onun qulağının dibindədir. Ortadakı acı mənzərə onu deməyə əsas verir ki, Muxtar Babayev Prezidentin tənqidlərindən lazımi nəticəni çıxarmayıb. Əks halda, biz bu acı mənzərənin şahidi olmazdıq. Bu ərazidəki təbiət terrorunun qarşısı alınmasa, tez bir zamanda biz burada yaşıllıq deyil, boz binalar görəcəyik. TEREF.AZ Azinforum.az-a istinadla həmin acınacaqlı mənzərənin əks olunduğu videogörüntüləri təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.