Kosmetoloq Lamiyə Mustafayeva insanların həyatı ilə oynayır - Fəaliyyəti ciddi yoxlanılmalıdır

1-09-2023, 14:27           
Kosmetoloq Lamiyə Mustafayeva insanların həyatı ilə oynayır -
Qadınlar həkimin onları dəhşətli görkəmə saldığını deyirlər. “Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir” Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edənlərin sayı çoxalıb.

Dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür. Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Çünki sadəcə, 2-3 aylıq kurs keçməklə kosmetoloq kimi çalışanlar var, üstəlik, məhəlləarası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır. 3-5 aya kosmetoloq olmaq şansı...

Hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənən, ya da bu sahə ilə heç bir əlaqəsi olmayanlar salonlarda müxtəlif prosedurlar həyata keçirirlər.

Məsələn, plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. Bu prosedurları düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur. "Azərbaycan Reallığı" xəbər verir ki, son günlər isə kosmetoloqlardan biri Lamiyə Mustafayevanın adı uğursuz prosedurda hallanır.

Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan Lamiyə Mustafayeva yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 500-1000 manata iynə vurmaqla onların dodaqlarını və digər bədən nahiyələrini pis günə salır. Məlumata görə, Lamiyə Mustafayevanın müxtəlif sertifikatları olsa da, o, başqa sahə üzrə təhsil alıb.

Kosmetoloqlar nazirlikdən sertifikat almalıdır Mütəxəssislər bildirir ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması sirr deyil: "Təəssüflər olsun ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran "kosmetoloq”un qanla işlədikdə, yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun.

Buna görə də hesab edirəm ki, istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil, amma salonlarda bu, nəzərə alınmır”. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır:

"Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.

Təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdır Orqanizmə müxtəlif yad maddələrin yeridilməsi zamanı bu, anaflaktik şok verə bilər: "Ümumiyyətlə, ambulator prosedur həyata keçirilərkən həmin yerdə anaflaktik şok əleyhinə xüsusi şkaf olmalıdır. Çünki ambulator prosedurlar zamanı şoka düşən adamı şokdan çıxarmaq mümkün olmayanda, ölüm halı baş verir.

Estetik əməliyyatların beynəlxalq standartları var. Hazırda dünyada qəbul edilmiş standartlarla aparılan əməliyyatlar sınaqlardan keçib və qəbul olunub. Amma biopolimerin toxuma daxilinə vurulması beynəlxalq standartlarda qəbul edilməyib. Ona görə də ayrı-ayrı adamlar kosmetoloq adı altında bunları edirlər, sonra isə problemlər yaşanır”.

Sözügedən məsələlərə Səhiyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirməlidir: "Səhiyyə Nazirliyi məsləhətverici orqan olmalı, dövlət proqramının həyata keçirilməsinə nəzarət etməlidir. Nazirliyin müvafiq qurumları istər diaqnostik vasitələr, istərsə də Azərbaycan ərazisində istifadə olunan müalicə vasitələrinin düzgün tətbiqinə nəzarət etməlidir.

Yəni bu, administrativ nəzarət olmamalı, ölkənin milli təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdir. Sözügedən nəzarət sistemi kosmetoloqlarla yanaşı, digər tibbi personala da aid olmalıdır. Kosmetoloji prosedurlarla bağlı neqativ halların aradan qaldırılması üçün bütün proseslər qanunauyğun şəkildə yerinə yetirilməlidir. Uğursuz nəticənin əldə olunması pasiyentlərin həm sağlamlığına, həm də psixoloji durumlarına mənfi təsir göstərir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.