ATA DÖVLƏTİN , ANA VƏTƏNİN pensiyaçılara ayırdığı ALİMENTİ araçı fond filialı yeyir
5-09-2023, 08:04
Borclu Xüsusi Şərtlərlə Təyinat Filialı 6 ildən sonra məhkəmə qərarını ləğv etməsini (?) qanuni sayır
Qarabağ əlilinə dövlətin ayırdığı pensiyanı yeyən Filialın özbaşınalığına, korrupsiya faktına qiymət verilmir
ƏƏSMN tabeliyində DSMF-in pensiya ödəyən qurumlarının dövlətlə pensiyaçı arasında araçı rolunu oynaması kimsəyə gizlin ola bilər, amma bu qurumların özünə yox. Loru dildə desək, DÖVLƏT ATA, VƏTƏN ANA sosial müdafiəyə ehtiyacı olan balalarını saxlamaq üçün onlara ALİMENT – pensiya, müavinət, təqaüd ödəyir. Alimenti məhkəmə ayırıbsa, onun ödənilməsindən ATA DÖVLƏT, ANA VƏTƏN imtina eləyə bilməz, onda qala ARAÇI – ALİMENTİ ÖDƏMƏYƏ GÖRƏVLƏNDİRİLƏN QURUM! Bu ona bənzəyir ki, uşağa görə məhkəmənin anaya (yaxud ataya) ayırdığı alimenti ödəməyə borclu olan ata ( ana) məhkəmə qərarını özbaşına ləğv edir ! Təbii ki belə özbaşınalıq, ən azı, Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətlə sonuclanır.
İndi baxın, ATA DÖVLƏTİN, ANA VƏTƏNİN pensiyaçıya ayırdığı vəsait– ALİMENT məhkəmə qaydasında müəyyən edilib; 6 ildən sonra ATA DÖVLƏTİN, ANA VƏTƏNİN ARAÇI , MƏHKƏMƏNİN BORCLU ETDİYİ DSMF-İN PENSİYA ÖDƏYƏN QURUMU alimenti tələbkar pensiyaçıya yox, özünə ödəyir !(?) Bu halda artıq CM-in 306-cı maddəsinin 2-ci hissəsi ilə vəzifəli şəxslərin cinayət məsuliyyəti yaranır. Nə yazıq, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi, nə də prokurorluq, digər hüquq mühafizə orqanları ATA DÖVLƏTİN, ANA VƏTƏNİN MƏHKƏMƏ QAYDASINDA AYIRDIĞI ALİMENTİ – PENSİYANI BORCLU ARAÇININ YEMƏSİNƏ HÜQUQ QİYMƏTİ VERİR. Baş prokurorluq məhkəmə qərarını borclunun özbaşına ləğv etməsində (?) , korrupsiya faktında “cinayət əlamətləri aşkarlaya bilmir”, Ombudsman “borclunun məhkəmə qərarını ləğv etməkdə 2 il gecikdiyini, bu səbəbdən tələbkarın- alimentə göz dikən pensiyaçının hələ aliment ödəyən dövlətə borclu olduğunu” barəsində şikayət edilən quruma istinadla bildirir. Belə hüquq , belə ATA DÖVLƏT QAYĞISI, ANA VƏTƏN MƏHƏBBƏTİ OLAR?
Borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Elnur Qurbanov 25.08.2023-cü tarixli məktubla son nöqtəni qoyub: “DEDIĞIM DEDİK, ÇALDIĞIM DÜDÜK” . Direktor müavini aidiyyəti üzrə göndərilən şikayətə il ərzində 3 dəfə - may, iyun, iyul aylarında “ƏSASLANDIRILMIŞ” cavab verildiyindən “Vətəndaşların müraciətləri haqqında” qanunun 8.1.4 maddəsinə əsasən BAXILMAYACAĞINI nəzərə almağı xahiş edib. (?) Bəyəm borclunun məhkəmə qərarını , özü də 6 ildən sonra, özbaşına ləğv etməsi qanunla, Konstitusiya ilə əsaslı sayılır? Filialın 3 dəfə “ƏSASLANDIRILMIŞ” ÖZBAŞINALIĞININ “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun 7.13 maddəsində (“ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNİ AİDİYYƏTİ ÜZRƏ BAXILMAQ ÜÇÜN QANUNAZİDD HƏRƏKƏTİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) ŞİKAYƏT EDİLƏN MÜRACİƏTƏ BAXAN SUBYEKTƏ VƏ YA ONUN VƏZİFƏLİ ŞƏXSLƏRİNƏ GÖNDƏRMƏK QADAĞANDIR”) , eləcə də korrupsiya halında yardıma çatmadığı niyə nəzərə alınmır? Sözügedən qanuna 6 il qabaq - 25.04.2017 tarixli qanunla əlavə olunan 9.2-1 maddəsində yazılıb: “ Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın ARAŞDIRILMASI həvalə edilə bilməz”. Bəs niyə özbaşına borclu olduğu məhkəmə qərarını ləğv edən Filialın və onun vəzifəli şəxslərinin özbaşınalığından, korrupsiya faktından şikayət barəsində şikayət edilən qurumun və vəzifəli şəxsin özünə göndərilib və qanunsuz cavabla özbaşınalığa “ƏSAS(landırılmış) QANUN” donu” geyindirilib”? Yoxsa, Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Ombudsmanın, prokurorluq, hüquq orqanlarının, hökumətin, dövlət hakimiyyəti orqanlarının da özbaşınalıqda, korrupsiyada öz payı var? Ədalət adına deyək ki, bircə Bakı İnzibati Məhkəməsi ( hakim Günel xanım Sevdimalıyeva) borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarının icrasını qısa müddətdə təmin etməyi 3 aydır TƏLƏB EDİR!
Məhkəmə ilə ayrılan ALİMENTİ- PENSİYASI kəsilən 1-ci dərəcəli Qarabağ əlili isə 6 aydır ATA DÖVLƏTin , ANA VƏTƏNin ALİMENTİNİN heç ATA-ANA DÖVLƏTİN ÖZÜNÜN DƏ KƏSƏ BİLMƏZLİYİNDƏN haray çəkir. Hələ ki, harayı elə barəsində şikayət etdiyi borclu araçıya “çatır”. Aliment isə harayına yetib, yardımına çatmır...
Məğrur Bədəlsoy