Görəvindən alınan Nizami RİH-in şöbə müdirinin “məhkəmə toxunulmazlığı”nı pozulacaqmı? Əli Axundov cinayət məsuliyyəti daşıyır

6-09-2023, 10:28           
Görəvindən alınan Nizami RİH-in şöbə müdirinin “məhkəmə toxunulmazlığı”nı pozulacaqmı?
Əli Qüdrət oğlu Axundovun on ildən çox işlədiyi, daha doğrusu, yeyib, doymadığı RİH-in şöbə müdiri kürsüsündən məhrum edilməsi ilə iş bitmir. Bu şəxs cinayət məsuliyyəti daşıyır. Nə qədər görəvdə idi, “xidmətindən” rüşvətlə yararlanıb, “məhkəmə toxunulmazlığı” qazanmışdı.
Əli Nağıyev ƏƏSMN-in başçısı olduğu illərdə Əli Axundov onun “pulyığanı” xidmətində köməkçi, sonra əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri kimi əlillərə, qazilərə rüşvətlə xidmət təşkilatçısı adını “qazanmışdı”. Sosial xidmətə ayrılan pulları yeməkdən elə “şişib-enləşmişdi(lər)” ki, bir qıçı olmayan Qarabağ qazisinə o biri qıçının kəsiləcəyi halda, reabilitasiya vasitəsi avtomobillə təmin olunacağı “xidməti” söz verilmişdi. Bu sətirlərin yazarının bununla bağlı telefon-jurnalist sorğusuna Əli Axundovun şöbəsindən “ əlillər qələt eləyir” anonim cavabı verildiyindən, sözügedən cavab sual formasında basının-medianın manşetlərini bəzəmişdi. 21 il qabaqkı o yazıdan sonra bütün sosial, tibbi, mənzil -məişət güzəştlərindən məhrum edildim. Və Əli Axundov və naziri rüşvətlə mənzil verdiyi əlilləri media işçisi Qarabağ əlilinə qarşı qanunsuzluqlara təhrik etməyə başladı; əlillərə ayrılan pullardan bir kisə götürüb, düşüb hakim partiyanın mətbu orqanlarının canına. Bir də bildim ki, “Yeni Azərbaycan”, “Səs” qəzetlərinin bütöv səhifələrini “ədalət adına görülən işlərə ədalətsiz münasibətin yaramazlığı” barədə ƏƏSMN-in şöbə müdiri Əli Axundovun və “əməkdaşı” Mehdi Mehdiyevin (dırnaq işarəsi ondan yanadır ki, Mehdi Mehdiyev ƏƏSMN-in əməkdaşı deyil, üzvü olduğum Qarabağ Əlillər Cəmiyyətini hökumətin ləğv edərək bazasında yaratdığı ictimai birliyin sədridi(r) imzası ilə böhtan- ittiham cızma-qarası bəzəyir. Məhkəməyə müraciətimə Səbail məhkəməsi geri qaytarmaqla, yuxarı instansiyalar bu qaytarmanı qüvvədə saxlamaqla cavab verdiyindən, məhkəmə təminatı hüququmdan da oldum, şərəf və ləyaqətin müdafiəsi hüququndan da, hələ üstəlik sağlamlığın müdafiəsi və mənzil hüququndan da. Söz davasında isə aparıcı media orqanları qələbəmi təmin etdi və dövlət başçısı sonda yolunu azmış nazirliyi “təmizləyib” yenilədi.
Nazir müavini Tahir Budaqovun qeydiyyatında olduğum Nizami RİH-ə 2009-cu ildə başçı təyin edilməsi keçmiş həmkarı Əli Axundovun RİH-ə ictimai-siyasi şöbəyə müdir gətirilməsi ilə sonuclandı. Və Əli Axundov 1-ci dərəcəli Qarabağ əlilinə qarşı “ictimai-siyasi, humanitar” xidmətini” gizlin gerçəkləşdirməyə, barəmdə olmayan, saxta məlumatları dövlət orqanlarına, Ombudsmana ötürməyə başladı. Təsəvvür edin, Xətai məhkəməsinin 2 (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə verdiyi Bəhruz Nuriyev-10A ünvanındakı otaqları başçı-şöbə müdiri “JEK”- in təsdiq etdiyi (?) saxta şəhadətnamə ilə ələ keçiriblər. Yeni başçı Arif Qasımov da Əli Axundovu rüşvət xidmətindən məhrum etmədi.
Əli Axundovun əl altdan qara işlərinə hüquq qiyməti verilmədiyindən Nizami məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verdim. Hakim Ramil Həsənov (hazırda vəkil işləyir) icraata götürdüyü işi Əli Axundovun rüşvəti ilə Yasamal Məhkəməsinə göndərdi və orada yanılmıramsa, Zəfər Quliyev icraata götürülmüş işi icraata götürməkdən gizlincə imtina etdi (?) və yuxarı instansiyalar da bu qeyri-prosessuallığı qüvvədə saxladı. Yenidən Nizami məhkəməsinə verdiyim şikayətlərə isə məsləhətçi Ceyhun Bayramov “baxıb” və it-bata salıb. Məsləhətçinin cinayət işinə baxması qeyri-prosessuallığına isə 5 ildən çoxdur Məhkəmə Hüquq Şurası qiymət vermir.
Əli Axundovun əlil evlərinni satmaqda sonuncu alveri 2019-cu ildə Çobanzadə küçəsində tikilnən evin bölgüsündə olub. Təsəvvür edin, bütün əlil evlərinin bölgüsü ƏƏSMN xətti ilə mərkəzləşmiş qaydada gerçəkləşir, sözügedən evin bölgüsündə isə yalnız Nizami rayonunda növbəyə duranların hüququ tanınıb. Keçmiş başçı Arif Qasımov, şöbə müdiri Əli Axundovun təcrübəsindən elə rüşvət amacı ilə yararlanıb ki, bir neçə evi, villası olanlara, keçmiş, indiki deputatlara, Bakıda mənzil hüququ olmayanlara mənzilləri satıblar. Təbii ki, ƏƏSMN yanında DSMF-in sosial proqramlar sektorunun müdiri (2020-ci ildən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri) Vüqar Behbudovun bu alverdə rolu danılmazdır. Nə yazıq, 4 ildir bu alverə də baş prokurorluq, digər hüquq orqanları hüquq qiyməti vermir.
Axırı, Əli Axundov “ictimai- siyasi alver bazarı”ndan qovuldu. Tahir Budaqov ki Dövlət Statistika Komitəsinin sədridir, yanına aparar, kürsüsüz qalmaqdan qurtarar.
..Hara getsə də, böhtana görə xüsusi ittihamımdan qurtara bilməyəcək.
Məğrur Bədəlsoy
İddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.