Naxçıvanın baş naziri həmdə gözəl "siyasətçi" imiş....

7-09-2023, 08:37           
Naxçıvanın baş naziri həmdə gözəl "siyasətçi" imiş....
Naxçıvanla bağlı çox maraqlı proseslər baş verir. Qeyd edim ki, Vasif Talıbov dönəmində ciddi korrupsiya hallarının bir başa iştirakçılıqları olan və mühüm sahələrə başçılıq edən bəzi önəmli fiqurlar Fuad Nəcəfli komandasında nəinki mövcudluqlarını qoruya bildilər, hətta mövqelərini daha da möhkəmlətdilər.
Belələrindən biri də MR-in baş naziri Səbuhi Məmmədovdur. Bu adam çox savadlı kadr, gözəl maliyyəçidir. Proseslərin gedişi göstərir ki, sən demə, sözügedən persona həm də yaxşı siyasətçi imiş. Baş Nazir bəzi maraqlı gedişləri (?) ilə şəxsini Naxçıvanla bağlı ictimai nəzarəti təmin edənlər kimi cəmiyyətə sıranan bəzi “tənqidçilərdən” də qoruya bilib.
Hətta nəinki özünü, kurasiyasında olan və iqtisadi bloka aidiyyəti olan bəzi korrupsioner komanda üzvlərini də bu hədəfdən yayındırmağı bacarıb. Əsaslı iddialar var ki, Vasif Talıbovun maraqları laxladılan və ondan sonrakı dönəmdə medianın tənqid hədəfinə gətirilənlərin böyük əksəriyyəti Naxçıvanda Səbuhi Məmmədova rəqib olan qruplaşmaların üzvləri olub. Bəzi məlumatları araşdırdıqdan sonra, Səbuhi Məmmədovun hansı jurnalistlərlə və nələrin müqabilində separat əlaqədə olduğu barədə daha ətraflı məlumat verəcəm…
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.