“Rabitəbank” müştərinin etibarlı və güvənli bankı deyil... -

8-09-2023, 08:13           
“Rabitəbank” müştərinin etibarlı və güvənli bankı deyil... -
Haqqında bəhs edəcəyimiz “Rabitəbank”ın https://www.rabitabank.com/ saytına daxil olaraq qurumun barəsində ilkin məlumatlara nəzər salırıq. 1993-cü ildə təsis edilmiş “Rabitəbank” hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı banklarının sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının Sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur. Bura qədər yazdıqlarımız bankın öz saytında özü barəsində dediyi tərifli sözlərdir. Onu da qeyd edək ki, bankın əsas səhmdarları Rauf Əliyev, Validə Abbasova, Zakir Nuriyev və s. barəsində ölkə mediasında ciddi bir informasiyaya rast gəlmədik.
İndi gəlin, görək müştərilər “Rabitəbank”ın barəsində nə düşünürlər: Müştərilərdən biri yazır ki, “Rabitabank"-dan şikayətim var. Belə ki, 06.12.2022-ci il tarixində debet kartıma Paşabank kartından göndərilən 80 manat, mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixində kartımdan geri çəkilib və mənə bu barədə sms yalnız 02.01.2023-cü il tarixində saat 20:53-də gəlmişdir”. Daha sonra narazı vətəndaş yazır: "Debet kartımda 3 manat olduğu üçün bank 3 azn-i hesabımdan çıxmış, qalan -77 manatı isə "overdraft" olaraq qeyd edib 1 ay müddətində ödəməli olduğumu SMS-lə bildirmişdir. Müraciət və şikayət etsəm də, mənə əsaslı bir cavab verilmədi… “Rabitabank” mənə əsaslı bir cavab verə bilmədi ki, hansı əsasla 06.12.2022-ci il tarixində mənə göndərilən məbləğin mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixi kartımdan geri çəkməyə təsdiq verib və bu barədə mənə bir il sonra, yəni 2023-cü ilin 2-ci günü bayram təbriki əvəzinə SMS-lə məlumat verib. Deməli, “Rabitəbank” müştərinin etibarlı və güvənli bankı deyil. Mən artıq bugündən etibarən “Rabitəbank”dan bu hadisədən sonra imtina edirəm. Siz də bu barədə diqqətli olun...
Biz “Rantəbank”ın onlarla filialında baş verən qanunsuzluqlar barədə yazmağa ehtiyac görmürük. Təsəvvür edirsiniz, bu bankın internet sistemi uzun müddət fəaliyyət göstərməyib və o zamankı “Başbankir” Elman Rüstəmov deyib ki, “Rabitəbank” bizdən 1 aylıq möhlət istəyib. XXI əsrdə bu qayda ilə işləmək müştərilər üçün yaramır.
Başqa bir müştəri yazır ki, Rabitə Bankla "133 operator əlaqəsi" saxlamaq heç cür mümkün deyil, operatora qoşulmaq üçün "0" düyməsini sıxdıqdan sonra ingilscə sözlər gəlir, əlaqə kəsilir və 6 qəpik balansdan çıxılır… Və 5 gündən sonra cavab verirlər…
Başqa bir müştəri yazır….Belə məsuliyyətsiz bank görməmişəm… Daha bir başqa müştəri yazır ki, bu bankda işə düzəlmək məsələsi şəffaf deyil, tanışlıq-filan… Bu siyahını uzatmağa dəyərmi…?
P. S. Bank sistemində fəaliyyət o qədər şəffaf olmalıdır ki, o, cəmiyyətin hər tərəfindən görünə bilsin...

gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.