Ədliyyə icraçılarının ƏL-QOLU NİYƏ BAĞLANIB? - Keçmiş gömrük məmurundan ŞİKAYƏT
9-09-2023, 13:02
Şəmkir rayonun Sabirabad kəndində yaşayan Eyyubova Elsarə Elman qızı, Zəngilan rayonunda qeydiyyatda olan İbrahimova Çinarə İsrafil qızı və Bakı şəhəri, Nərimanv rayonu, Həsən Əliyev küçəsi 7- C “Premier Palace Baku, 4-cü mərtəbə qeydiyyatda olan, Elsarə və Çinarənin etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Xudiyeva Nurlanə Əli qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident İlham Əliyev! Sizin məhkəmə islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikasının adından verilən qətnamələrin şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəliləri Bakı şəhəri, Nərimanov və Nəsimi İcra Şöbəsinin icra məmurlarıdır.
Bir daha xatırlatmaq istərdik ki, biz üç nəfər qadın 2019-cu ilin noyabrından “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun işçiləri olmuşuq və 2021-ci ilin sonuna qədər Rusiyadan gətirilən kosmetik məhsulların Bakının müxtəlif ünvanlarında yerləşən gözəllik salonlarına satmaqla məşğul olmuşuq. Bağladığımız əmək müqaviləsinə əsasən aylıq 500 manat və satılan məhsulun faizinə görə işləyirdik. Lakin əmək haqqı Rüfət tərəfindən müxtəlif bəhanələrlə aylarla verilmirdi. Biz, ondan 1 il yarımdan sonra Dövlət Əmək Müfəttişinə şikayətlər etdik. Çünki, bizə pul yoxdur desə də, tez tez ailəsilə Türkiyəyə istirahətlərə gedir, gen bol pul xərcləyirdi. Bakıda, Gənclik parkı yanında, Elmlər Akademiyası metrostansiyası yaxınlığında şəxsi mənzilləri vardı və hazırda yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi, ev 64, mən.2-də yaşayırdı. Əvvəllər Naxçivandan olduğuna görə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində işləmişdir. Atası Əlövsət də DGK-də sürücü işləyir.
Cari ilin may ayının 9-dan bu günə məhkəmə qətnaməsinin icra olunması barədə dəflərlə yuxarı aidiyyatı orqanlara göndərdiyimiz şikayət məktublarından yalnız Ombudsman Aparatı reaksiya vermiş və məslənin araşdırılmasını 2 dəfə ƏN-nin Baş İcra və Probasiya İdarəsi qarşısında qaldırmışdır.
Ombdsman Aparatına verilən 31 avqust 2023-cü il tarixli cavabından isə məlum olur ki, Ədliyyə Nazirliyi İcra və Probasiya Baş İdarəsi bir dələduza, məhkum olunmuş naxçivanlıya Məhkəmə qətnaməsini hanısa maraqlar ucbatından icra etdirə BİLMİR və bunu etiraf edir. Və bürokratik cavab verməyi də unutmur ki, məsələ Nəsimi Rayon İcra Şöbəsində nəzarətdə saxlanılmaqdadır. Əgər srücülük hüququndan məhrum olan Əliyev Rüfət Əlövsət oğlu DGK-də işləyən iş yoldaşını ( ailənin yeganə övladını) sərxoş vəziyyətdə törətdiyi avtoqəza nəticəsində məhv edirsə və özünün qeyd etdiyinə görə aparılan istintaqdan törətdiyi ağır cinayətdən 60000 manat xərc çəkib 3 il şərti cəza almaqla qurtara bilirsə, deməli bu gün Rüfət kimi savadsız bir qoçunun Ədliyyə Nazirliyinə qarşı qoçuluq etməsinin, məhkəmə qətnaməsini saymamasının , nənəsinə güvənərək qanunlarla hesablaşmamasının ən böyük günahı DİN-nin istintaqı aparan vicdansız müstəntiqlərindədir ki, belə qatili cəzalandırmaq əvəzinə azadlığa çıxmasına imkan veriblər.
Budur, Ombudsman Aparatının 31 avqust cavabında oxuyuruq: « Bakı Apellyasiya məhkəməsinin 14.11.2022-ci il tarixli icra sənədinə əsasən «Şəmsəddin» MMC-dən azad edilməyiniz barədə əmr ləğv edilməli, əvvəlki işə bərpa olunmalı, əmək haqqınız və məzuniyyət pulunuz hesablanaraq verilməlidir. İcra sənədi üzrə Nəsimi ( niyə Nərimanov rayonu yox?) icra qurumunda aparılmış icraat zamanı tələb borclu tərəfindən təmin edilməmiş, bir sıra məcburi icra tədbirləri görülməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Həmçinin bildiririk ki, icra sənədinin icrası Nəsimi Rayon İcra şöbıəsinin nəzarətindədir»
ƏN-nin Baş İcra və Probasiya şöbəsi həqiqətən gözəl bir cavab yazıb, amma nəticə 0»-dır. Çünki məhkəmə qətnaməsini icra etməyə bu qurumun Rüfətin nənəsinə görə cürətləri çatmır. Bu ərköyün uşaq da Azərbaycanda heç bir dövlət qurumunu saymır. Belə olan halda hesab edirik ki, bu ölkədə yaşamağın adı yoxdur. Axı biz niyə məcbur olmalıyıq? Biz hüquqi dövlətdə yaşayırıq.
Cənab Prezident biz görürük ki, dələduz və məhkum olmuş Əliyev Rüfət Əlövsət oğlu barəsində Məhkəmə qətnaməsini icra etdirməyi ƏN-nin Baş İcra və Probasiya İdarəsinin nədənsə gücü çatmır. Ona görə Sizdən xahiş edirik ki, cənab Ədliyyə naziri Fikrət Məmmədova şəxsən göstəriş verəsiniz ki, cəmiyyətdə parazit ünsür kimi fəaliyyət göstərən dələduz Rüfət Əliyev barəsində icra sənədini yerinə yetirlsin".
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməy hazırıq...