Anar Məmmədovun Londonda restoranlar şəbəkəsi üzə çıxdı – Sənədlər

10-09-2023, 10:35           
Anar Məmmədovun Londonda restoranlar şəbəkəsi üzə çıxdı – Sənədlər
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Böyük Britaniyanın paytaxtı Londonda restoranlar şəbəkəsinə sahibdir.

Ekonominfo.az xəbər verir ki, Anar Məmmədov bir gün ərzində - 23.07.2021-ci il tarixində Londonda restoran biznesi ilə məşğul olan 4 şirkəti satın alıb:

Məlumat üçün bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova aid olan bu şirkətlərə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən yaranıb.

Onu da qeyd edək ki, Anar Məmmədovun sahib olduğu “B.J.R. FOODS LIMITED” şirkəti Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahibdir. Bunlardan başqa “COLONEL FOODS LIMITED” istisna olmaqla digər 2 şirkətin də rəsmi veb-saytı kimi KFC şirkətinin saytı (www.kfc.co.uk) göstərilir.

Hazırda Londonda 100-dən çox KFC restoranı fəaliyyət göstərir və aşağıdakı cədvəldə onlardan bəziləri qeyd olunub:

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxti ilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.