Xətaidə satmadığınız YER QALMADI... - ETİRAZ

12-09-2023, 07:59           
Xətaidə satmadığınız YER QALMADI... - ETİRAZ
"Xətai rayonunda (təxminən Əhmədli metrostansiyasının ətrafında) demək olar ki, artıq boş bir ərazi qalmayıb". Bu barədə DİA.AZ-a edilən müraciətdə qeyd olunur.

"Xətainin icra başçısı bütün boş yerləri satıb yeyib, üstündən də su içib" deyə etiraz edən naarazı sakinlər dia.az-a yazırlar: "Olmaz ki, təbiətə qarşı etdikləri vicdansızlığa bir son versinlər?!

Ağacları vəhşicəsinə soyqırım edərək yerində tikdikləri yüzlərlə kafenin əvəzinə heç olmasa bir dənə də pulsuz kitabxana, insanları maarifləndirən pulsuz dərnək açsaydılar nə olardı ki...

Təbii ki, bunu, xalqını sevən və onları düşünənlər edər. Buu məmurlar isə yalnız öz xeyirlərini, cibini düşünür...

Hər şeyin də bir həddi var axı. Bu qədər kafe, restoran bar, geyim mağazası olar?! Cəmiyyəti düşünün, gələcəyimiz , gələcəyimiz olan körpələri düşünün!!!"




Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru