Muxtar Babayev diqqətinə: Meşələri qorumalı olanların “çiyələk pazı” biznesi

13-09-2023, 07:57           
Muxtar Babayev diqqətinə:
Meşələri qorumalı olan Ekologiya qurumlarının daha bir özbaşınalığı üzə çıxıb.

Cəlilabad rayon sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, hazırda yerli ekologiya işçiləri palıd ağacından hazırlanmış uzunluğu 50 santimetr təşkil çiyələk çubuğu düzəltməklə məşğuldurlar. El arasında “çiyələk pazı” adlandırılan sözügedən çubuqların hər biri 50 qəpiyə satılır.

Qeyd edək ki, Masallı və Cəlilabad rayonları ərazində 480 hektar çiyələk əkilib. Hər hektarda isə 500 ədəd çubuq istifadə olunduğunu nəzərə aldıqda yerli ekoloqların təkcə bu işdən 240 min manat qazandığı məlum olur…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru