“QaçqınKom”un sədri Rövşən Rzayev əsgərlikdə olubmu..?

14-09-2023, 08:18           
“QaçqınKom”un sədri Rövşən Rzayev əsgərlikdə olubmu..?
Hesablama Palatası, Maliyyə Nazirliyi Komitədə apardığı yoxlamaların nəticələrini nə üçün açıqlamır?
“Təkrar biliyin anasıdır” - heç kimə sirr deyil ki, təkrarçılıq, yəni monotonluq insanı bezdirir... Amma rəhmətlik Mirzə Cəlil də haqlı olaraq deyirdi ki, kimlərsə pis əməllərindən bezmirsə, sən niyə yaxşı əməlindən, yəni yazmaqdan, tənqid etməkdən bezməlisən...
Bəli, yenə də mövzumuz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin qanunsuz əməlləridir. Diqqətli oxucular bilir ki, biz bir media olaraq hər dəfə haqqında bəhs edəcəyimiz dövlət məmurunun ömür yoluna, yəni avtobioqrafiyasına diqqətlə nəzər salırıq. Sizi inandırırq ki, bütün sirrlər o 5-6 cümlədən ibarət tərcümeyi-halda cəmləşib. İndi gəlin görək, 1 milyon qaçqının, məcburi köçkünün hüquqlarını pozan, komitə sədri Rövşən Rzayev kimdir, nəçidir, hansı...? Rövşən Rzayev 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin Universitetin hüquq fakültəsini bitirmişdir. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Burada bir STOP... Ey insanlar, müxtəlif vəzifələr nə deməkdir..? Bu adam Ədliyyə Nazirliyində hansı işi görüb, kuryer olub, sürücü olub, nə olub..? Necə yəni müxtəlif vəzifələrdə...?
İkincisi, 1982-ci ildə bu adam əgər Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxuyurdusa, özü də 1-2 -ci kursda, necə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyə bilərdi...? Onda məntiqlə belə nəticə hasil olur ki, bu adam ADU-nun Tarix Fakültəsində qiyabi oxuyub. Çox gözəl. Axı, qiyabi təhsil alanlar mütləq əsgərliyə getməli idi. Bəs onda Rövşən Rzayev niyə əsgərlikdən yayınıb, niyə əsgərliyə getməyib..? Ayy millət, bu Rövşən Rzayev neçənci ildə ADU-nun hüquq fakültəsinə girib..? 1993-cü ildə 31 yaşı olan Rövşən Rzayev niyə əsgərliyə getməyib..? Əgər əsgəri xidmətdə olubsa, neçənci illərdə olub..? Axı, bu ardıcıllığa ƏSGƏRLİYİ yerləşdirmək olmur...
Bəli, həmin illər qanlı-qadalı müharibə illəri idi. Nə üçün Rövşən Rzayev müharibəyə getmədi? Nə üçün? Çünki Rövşən Rzayev həmin dövrdə məmur balası idi. Həmin illərdə gənc Rövşən "Biofaktın" dəhlizlərində var-gəl edirdi. Biz isə, fəhlə balaları könüllü olaraq, Qarabağımızın müdafiəsində idik. Çünki Qarabağ bizim idi, necəki indidə bizimdir.
Yaxşı, 1993-cü ildə ADU-nun hüquq fakültəsini bitirən Rövşən Rzayev 10 il harada olub ki, 2004-cü ildə birdən gəlib 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. Hətta MM-də Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini olub. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır. Rövşən Rzayevin bu vəzifələrinin sayını uzada bilərik ee, amma nə ehtiyac...
Nəhayət, Rövşən Rzayev 21 aprel 2018-ci il tarixdən bu günədək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri kreslosunu zəbt edib. Bəli, bu adam o boyda Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təkcə kreslosunu deyil, bütövlükdə komitəni zəbt edib. Dəfələrlə yazmışıq ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan dövlət vəsaiti digər qurumlarla müqayisədə az qala 10 dəfə çoxdur. Rövşən Rzayev təkcə keçirdiyi saxta tenderlərdən milyonlar qazanır, amma imkansız qaçqınların çörək pulunu müxtəlif bəhanələrlə kəsir. Adını da qoyur qənaət. Rövşən Rzayev nəzərinizə çatdıraq ki, Allahdan başqa heç bir köməyi olmayan 9-cu sinif şagirdinin "çörək pulunu" kəsməklə qənaət olmur.
Təsəvvür edirsiniz bu adam insanları çörək pulu ilə də sınağa çəkir. Rövşən Rzayevin sağ əli olan, keçmiş polis rəsisinin müavini, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov qaçqınlara dövlət tərəfindən verilən mənzillər üzərində əməlli-başlı biznes qurub. Əlbəttə şefi Rövşən Rzayevlə birgə biznes...
Yeri gəlmişkən, onu da qeyd edək ki, Natiq Hüseynovdan əvvəl bu vəzifəni daşıyan şəxsin adı köçkünlərə verilən mənzillərin satışında, paylanması zamanı qeyri-qanuni işlərdə, hətta bu mənzilləri kənar şəxslərə satmaqda, milyonlar qazanmaqda hallanıb. Bu gün həmin əməlləri daha biabırçı formada Natiq Hüseynov davam etdirir... Bu işdə Natiq Hüseynovun ən yaxın silahdaşı Qürbət adlı inspektor da var. Əslən Qubadlıdan olan Qürbət oturduğu bütün məclislərdə deyir ki, "Rövşən Rzayev mənim ağsaqqalımdır. O bütün işçilərin hamısına dolanışıq üçün şərait yaradıb. Axı biz Əli Həsənovun dövründə özümüzə heç nə edə bilmirdik... Komitə Sədri bizi ancaq məcburi köçkünlərə xidmət etmək üçün hazırlamışdı. Rövşən Rzayev isə bizə sərbəstlik verib... O bizə daha nə verməlidir ki..? Mənə pul qazanmaq üçün xətt verib, bəs edər..." Əlbəttə, Qürbət ..XƏTT deyəndə dolanışıq, mənimsəmə...nəzərdə tutur. Rövşən Rzayev öz müavinlərinə göstərmədiyi etimadı Qürbətə göstərir, hətta onunla birbaşa, özünün verdiyi 211-....nömrəsi ilə danışır. "Bilirsiniz, Rövşən müəllim mənə dörd ədəd nömrə verib. Yuxarıda göstərdiyim kimi, biri də 211..-lə..." Məcburi köçkünlər isə Rövşən Rzayevin evinin qabağında kababın iyindən YAVANLIQ EDİRLƏR...
Onu da qeyd edək ki, Rövşən Rzayevin “çörək pulu” siyahısında minlərlə “ölü canlar “ olub və bu gün də var. Rövşən Rzayev, ölülər o dünyada qaz, işıq yandırır, bəlkə su işlədirlər? Bəlkə yemək yeyirlər? O pulların hamısı sizlərin cibinə gedir. Digər tərəfdən Rusiyada yaşayan xeyli sayda şəxslər Rövşən Rzayevin “dabrosu” ilə 2-3 yerdə məcburi köçkün kimi ev alıblar. Hazırda Ağalı kəndində də xeyli sayda qanunsuz ev alanlar var. Rayonun birində kimin evi varsa, onun çörək pulunu kəsirlər, başqa bir rayonda tam əksinə...yəni başıpozuq bir oyunlar davam edir... Yaxud həbsdə olan Müharibə veteranının axtarıb evini tapırlar və...ölümlə çarpışan həyat yoldaşının, tələbə oğlunun, məktəbli övladının çörək pulunu kəsirlər.. Bunlar başa düşmürlər ki, "qaçqın" və "məcburi köçkün" beynəlxalq statusdur, bunu hansısa məmur ləğv edə bilməz.
Görəsən, bütün bunlara və qeri-insani hərəkətlərinə görə, Rövşən Rzayev utanırmı..? Əgər Hesablama Palatası, Maliyyə Nazirliyi Qaçqınkomda ciddi bir yoxlama aparsa, Rövşən Rzayev və onun şəbəkəsi layiq olduqları cəzanı alacaqlar.
Deyirlər, Rövşən Rzayev, Mahir Abbaszadə və o biri dostu bunların heç biri əsgərlikdə olmayıb. Amma əsgərlikdə olmayanları əvvəllər vəzifəyə qoymazdılar, çünki deyərdilər ki, onlar hələ bərkə-boşa düşməyib. Əsgərlikdən yayınanlar nə üçünsə vəzifəyə meyillidirlər.
P.S. Rövşən Rzayevin komitədə hər şeyi adlandırdığı şəxsin həyat hekayəsi haqqında növbəti yazımızda.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.