Slavyan Universitetində nələr baş verir ?- ANAR NAĞIYEVİN “TƏHSİL BİZNESİ”….

14-09-2023, 10:38           
Slavyan Universitetində nələr baş verir ?- ANAR NAĞIYEVİN “TƏHSİL BİZNESİ”….
Yeni tədris ili ərəfəsində Bakı Slavyan Universitetinin güzəranı ilə maraqlandıq.Eşitdiklərimiz "köhnə hamam,köhnə tas" olduğunu göstərir.Gundelik-baku.com xəbər verir ki,Nurlana Əliyevanın rektor vəzifəsindən səs-küylü gedişindən sonra vaxtilə Təhsil İnstitutunun direktor müavini, Təhsil Nazirliyinin "Elm, ali və orta ixtisas" şöbəsinin müdir müavini vəzifələrində çalışmış,Azərbaycan Dillər Universitetində dekan işləmiş Anar Nağıyevin sələflərinin səhvlərindən nəticə çıxaracağı gözlənilirdi.Ancaq Anar müəllimin də öz "dəsti-xətt"i var imiş.O rektor təyin edildikdən sonra maraqlı "tədris "metodikası" tətbiq etməyə başlayıb.Anar Nağıyev rektor təyin olunan kimi tələbələr əksəri imtahanlardan kəsirlə çıxmağa başladılar.Bu da əlavə 25 faiz gəlir deməkdir.
Bundan başqa,altqruplar yaradılaraq tələbələrin bir qismi ora cəlb olunur.Bu da havayı başa gəlmir.Biləsiniz ki,qocaman təhsil müəssisəsinin texniki təchizatı da yaxşı halda deyil.Elektrik cərəyanı tez-tez kəsilir,istilik-soyutma sistemi rektorun kabinetindən başqa heç bir otaqda mövcud deyil.Yalnız Anar Nağıyev istidə sərinlənə,soyuqda qızına bilir.Yeməkxana ləğv edilib.Kiçik bir bufetdə yoxdur ki,acmış adam heç olmasa mədəsini aldatsın.Məcbur olub tələbə,müəllim,digər işçilər yaxınlıqdakı məkanlardan nəsə alıb yesinlər.Yataqxana da ürəkaçan deyil.Vəziyyətin düzəldilməsi üçün də rektor Anar Nağıyev başda olmaqla heç kim heç nə etmir.Vəziyyəti düzəltmək bir yana qalsın,keçən il hətta binanı buldozerin qabağına verib sökmək istəyirlırmiş.Yəqin müştəri çıxıbmış.İndi yataqxanadakı tələbələr fikurləşirlər ki,bu il aqibətləri necə olacaq?

Deyilənə görə Anar müəllim əvvəlki iş yerlərində də "ad" çıxardıbmış.Adının yanında rüşvətxor,pulyığan sözləri qoşa çəkilərmiş.İndi də Dillər Universitetində əlaltıları olmuş səriştəsiz adamları Bakı Slavyan Universitetinə yerləşdirib.
Məsələn,Elçin adlı şəxsi özünə müşavir,Əzim adlı birini isə BSU-nun Həmkarlar ittifaqı təşkilatının sədri təyin edib.Bu adamların qılıncının dalı da kəsir,qabağı da.Keçmiş bədən tərbiyəsi müəllimi,Meskom Əzim həm də Anar Nağıyevin "qara kassa"sı hesab edilir.Kadr məsələləri də Əzim müəllimin süzgəcindən keçir.

Anar Nağıyevin qəbuluna düşmək isə demək olar ki,mümkün deyil.Nəinki tələbə,valideynləri,heç professor-müəllim heyətini də qəbul etməyi lazım bilmir.Amma qəbul otağına gələnləri saatlarla gözlədib ümid verməkdən zövq alır. Bir sözlə tam anarxiya.
Sima Babayeva
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.