Sumqayıt İcra Hakimiyyətində qarşıdurma: müavinlər icra başçısına üsyan edir
15-09-2023, 10:18
Sumqayıt Şəhər İcra Hakimiyyətində rəhbər şəxslər arasındakı münasibətlər açıq gərginlik səviyyəsinə keçib. Mənbənin məlumatına görə icra başçısının yaxın ətrafı sayılan rəsmilər arasında qarşıdurma yaranıb. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən şəxsin sözlərinə görə şöbə müdiri Gündüz Əliyevlə icra başçısının müavini Fəzail Hüseynov arasındakı mübahisə az qala onların bir birinə fiziki güc tətbiq rtmə həddinə qədər çatıb. Məlumat üçün bildirək ki, hazırda külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-də, dünən keçirilib. Mənbənin sözlərinə görə, G.Əliyevi qəzəbləndirən də yeyintilərə görə yalnız onun rəsmi şəkildə adının hallanması, digərlərinin məsuliyyətdən kənarda qalması olub.
Baş verənlərlə bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısı Zakir Fərəcov Gündüz Əliyevi hazırki gərginliyin səbəbkarının F.Hüseynov olduğuna inandırıb və qalmaqal da bundan sonra yaranıb. Mübahisənin predmetində sahibkarlara olan borc dayanıb. G.Əliyev F.Hüseynovu icra başçısının əeyhinə kampaniya aparmaqda ittiham edərək bildirib ki, , icra başçısı tikinti aparmır. Görülən işləri icra hakimiyyətində tikinti və memarlıq şöbəsi həyata keçirir. Demək Sumqayıt şəhərdəki bütün təmir-tikinti işlərini o zaman bu vəzifəni tutan Fəzail Hüseynov həyata keçirib. Bununla Fəzail Hüseynovu məsuliyyət altında qoymaq istəyən G.Əliyevə lazımi cavab verilib və icra başçısı ilə birgə maxinasiyaları birbaşa üzünə deyilib. Mənbənin sözlərinə görə, icra hakimiyyətindəki qarşıdurmada icra başçısının birinci müavini Teymur Səmədov da Zakir Fərəcova qarşıdır.