Beynəlxalq Bankın kredit fırıldağı - Vətəndaşları necə aldadırlar?

4-11-2023, 11:24           
Beynəlxalq Bankın kredit fırıldağı -
Beynəlxalq Bankın kredit fırıldağı - Azərbaycanda bankların yalançı kampaniyaları, vətəndaşları aldatmağa hesablanmış “şirnikləndirici” kredit təkliflərilə çox rastlaşmışıq. Özünün ciddi imici və müsbət reputasiyası ilə fərqlənən Azərbaycan Beynəlxalq Bankı da təəssüf ki, ucuz aldatma oyunları ilə məşğuldur. Məsələn,bu bank yeni bir kampaniyaya start verib. Vətəndaşlara illik 10,9% illik faiz dərəcəsilə 40 min AZN-dək kredit təklif edir, həm də 60 ay müddətinə. Buna aldanan vətəndaşlar banka müraciət etdikdə isə onlara kreditləri 21.5 faizlə təklif edirlər. Etiraz etdikdə ki, bəs reklamlarınızda aşağı faiz göstəricisi qeyd etmisiz, bildirirlər ki, reklam posterlərində 10,9%-dən başlayan illik faiz dərəcəsindən söhbət gedir. Maraqlıdır ki, bankda 10.9 faizlə heç kəsə kredit verilmir. Təklif olunan bütün kreditlərin illik faiz dərəcəsi 20 faizdən çox olur. Hansı halda 10.9 faizlə, hansı halda isə daha artıq faiz dərəcəsilə kredit hesablamaları aparıldığını isə izah edən yoxdur. Yəni məlum deyil ki, 10,9% kimlərə tətbiq olunur. Vətəndaşlar haqlı olaraq narazılıq bildirilər ki, onlar reklamdakı bütün şərtlərə uyğun gəlsələr də bankdan bildirilir ki, kreditlər yalnız 21.5 faizlə verilə bilər. Elə isə sual olunur: reklamlarda 10. 9 faiz qeydi nə üçün var? Bu sualın cavabı olmadığından vətəndaşlar o qənaətə gəlirlər ki, Beynəlxalq Bank aldatma kampaniyası aparır.

Vətəndaşların dediklərini dəqiqləşdirmək məqsədilə biz də beynəlxalq bankla əlaqə saxladıq, özümüzü müştəri kimi təqdim edib, kredit götürmək istədiyimizi bildirdik. Təəssüf ki, deyilənlər öz təsdiqini tapdı, bizə də krediti illik 21.5 faizlə təklif etdilər.

Məsələ ilə bağlı bankın mətbuat xidmətilə əlaqə yaratmağa çalışsaq da mobil və iş nömrəsinə etdiyimiz zənglərə cavab verən olmadı.

Bankdan veriləcək açıqlamanı yayımlamağa hazırıq.
gundeminfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.