Sima Babayeva yazır: Aygün Əliyeva siz arxada iş çevirsənizdə mən mərdanə üzə deyirəm
7-11-2023, 00:10
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva adamlarına göstəriş verib ki mənim facebook səhifəmə maneçilik etsinlər.Çünki mən,üzvü olduğum İSBAM təşkilatı,redaktoru olduğum boyukmillet.com saytı Aygün Əliyevanın haqsızlığından, onun işlədiyi agentlikdəki mənfi işlərə dəfələrlə toxunmuşuq.Görünür Aygün xanım tənqidə çox dözümsüzdür, ya da acizliyini göstərir.
Aciz olmasa, bu dərəcədə aşağı düşməzdi. Mən də deyirəm facebook hesabım niyə tez-tez əngəllənir. Axı adətən ermənilərə aid nəsə yazanda facebook yazılara qadağa qoyur, profili blok edir… Deməli yazım hədəfdən yan keçməyib. Aygün xanım özündə cəsarət tapıb cavab vermək əvəzinə əlaltılarına düşük işlər gördürür.Əngəlləyin səhifəmi. Yenisini açaram. Bu ağılla hara gedirsiniz? Bunların oyununu hörmətli həmkarlarımdan bir neçəsi dedi.Aygün Əliyeva, siz arxada iş çevirsəniz də mən mərdanə üzə deyirəm. Yox, üzünüzə deyə bilmirəm, çünki bizimlə görüşdən yayınırsınız. Amma buradan üzümü tutub deyirəm: Aygün Əliyeva, elə bilməyin kreslonuz əbədidir. Bir gün ondan yıxılacasınız. Onda yuxarılardakı dəstəkçiləriniz də köməyə çata bilməyəcəklər. Mən bildirirəm, sizin bu hərəkətinizdən sonra QHT Agentliyinin,şəxsən sizin fəaliyyətiniz barədə daha dərin araşdırmalar aparacam. Hər bir şikayətin, narazılığın izi ilə gedəcəm.
Ayıb olsun o kəslərə ki ortada oyun göstərirlər.Minnətçilərinizi də gördüm, “Azay Quliyevdən yazın, Aygünə toxunmayın” deyənlərin olduğunu da bilirəm. Ortada su bulandıran yaxası orden-medallı QHT rəhbərləri var. Onlara məətəl qalmışam. QHT Agentliyinə aid yazılarımı bəh-bəhlə bəyənib təriflər yağdırırdılar, özləri də sosial şəbəkələrdə oranı tənqid atəşinə tuturdular.İndi dönüb Aygün Əliyevanın yedəyində gedirlər,ona yan alıblar. Yəqin Aygün xanım QHT layihələrində onların işlərini səhmana salıb,ciblərini doldurub,əlləri pula çatıb.İndi də qulluğunda durmalıdılar…
Biz cənab Prezidentin tövsiyəsinə uyğun olaraq cəmiyyətdəki,dövlət orqanlarındakı mənfi halları diqqətə çatdırırıq. Ancaq bu kimi təzyiqlərlə qarşılaşırıq. Dostlarımın dediyi kimi,Aygünkimilər məni mənəvi terrora məruz qoymaq istəyirlər. Cənab Prezidentə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya,bütün güc strukturlarının rəhbərlərinə müraciiət edərək xahiş edirəm Aygün Əliyeva barədə,onun iş fəaliyyəti barədə araşdırma aparıb ölçü götürəsiniz.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az