“Abşeron rayon Aşağı Güzdək bələdiyyə sədrlərinin son 15 ildə biz şəhid ailəsinə qarşı törətdikləri sənəd saxtakarlıqlarına hüquqi qiymətin verilməsi”barədə Ş İ K A Y Ə T

10-11-2023, 10:54           
“Abşeron rayon Aşağı Güzdək bələdiyyə sədrlərinin son 15 ildə biz şəhid ailəsinə qarşı törətdikləri sənəd saxtakarlıqlarına hüquqi qiymətin verilməsi”barədə   Ş  İ  K  A  Y  Ə   T
Blogumuzun poçtuna daxil olan şəhid ailəsinin şikayət məktubunu dərc edirik. Ümid edirik ki, əlaqədar təşkilatlar bu məsələ ilə bağlı ölçü götürərlər!
Əsli- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Ə,ƏSƏDOVA,

AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab F.Ələsgərova,

Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə,

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə,

Daxili İşlər naziri cənab V.Eyvazova,

Baş Prokurorluğun Korrupsiya İdarəsinin rəisi cənab N.Rəcəbova,

AZƏRBAYCAN RESPUBLİKASININ Ədliyyə nzirinə,

AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat naziri cənab M.Cabbarova,

Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətinə,

DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,

ABŞERON RAYON ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB A.Fərzəliyevə,

OMBUDSMAN APARATININ SƏDRİNƏ,

AİLƏ, UŞAQ və QADIN PROBLEMLƏRİ üzrə DÖVLƏT KOMİTƏSİ sədrinə,

KONSTİTUSİYA MƏHKƏMƏNİN SƏDRİNƏ

AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT ORQANLARINA.

Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində yaşayan Dadaşova Aida Zakir qızı tərəfindən

“Abşeron rayon Aşağı Güzdək bələdiyyə sədrlərinin son 15 ildə biz şəhid ailəsinə qarşı törətdikləri sənəd saxtakarlıqlarına hüquqi qiymətin verilməsi”barədə

Ş İ K A Y Ə T

Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, biz şəhid ailəsi olaraq həmişə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşamışıq. Hazırda yaşadığımız küçənin adını daşıyan Şəhid İntiqam Dadaşovun oğlu ilə ailə həyatı qurduqdan sonra yerli bələdiyyəyə 2008-ci ilin əvvəlində 4 sot torpaq ayrılması barədə rəsmi müraciət etdik. O vaxtkı bələdiyyə sədri Abbasov Bəyağa bildirdi ki, gedin 4 sot bələdiyyə torpağı üçün 960 manat banka, hesabımıza pul ödənişi edin gəlin. Biz də 18 aprel 2008-ci il tarixdə ödəniş etdik.Bundan sonra 15 aprel 2008-ci il tarixində yerli bələdiyyənin Aktı, torpağın alqı-satqısı barədə qərarı, və digər sənədlər bizə təqdim edildi.Özlərinə də hər sənədin səhifəsi üçün pullar ödədik. Biz də elə həmin ili evimizi tikib bu günədək yaşayırıq. Sonradan bələdiyyə sədri Mahuzər Şirəliyeva təyin olundu. Bu sədr də bizə bildirdi ki, sənədlərinizin düzgün olması və bələdiyyənin ayırdığı yerə çıxarış almaq üçün gərək bu 4 sotun hərrac vasitəsilə satışını təşkil edib sənədləşdirək. Əvvəlki sənədləri də alıb 5 il özlərində saxladılar. Budur, 2019-cu ildən Seymur adlı yeni bələdiyyə sədri bu vəzifəyə gələndən sonra bizə bildirdi, bəs sizə əvvəl yerli bələdiyyə sədrlərinin verdikləri sənədlər hamısı saxta olub. Çünki, 2007-ci ildən yerli bələdiyyələrə torpaq satışı qadağan olunsa da, siz 2008-ci ildə köhnə qayda və sənədlərlə 4 sot torpaq sahəsi almısınız. Ki, bu sənədlərin də bu gün heç bir hüquqi əsası yoxdur. Gərək mən yenidən sizin ev tikib yaşadığınız bu torpağı sənədləşdirmək üçün hərrac keçirəm. Yalnız ondan sonra bu yerin sənədləşməsi mümükün ola bilər. Yəni biz torpağın alqı-satqısı üçün yenidən yerli bələdiyyəyə müraciət etməliyik. Doğrudur, müraciət etmək olar. Amma hərracdan keçmək üçün biz əvvəl 960 manat ödəsək də, qalan pulları ödəməyə imkanımız yoxdur.

Bəli, biz son 15 ildə bu sənədlər üçün əvvəlki sədrlərə tələb olunan pulları vermişdik. İndi yeni sədr təzədən sənədləşmənin aparılmasını deyir. Axı bizim yenidən pul verməyə imkanımız yoxdur ki, torpağımızı və evimizin sənədlərini düzəldək. 15 ildir ki, süründürməçiliyə düşmüşük. Bir tərəfə çıxa bilmirik. Yerli bələdiyyə sədrlərinin biz şəhid ailəsinin başına açdıqları oyunlardan bezərək cənab Prezident Sizə şəxsən müraciət etmək zorunda qalmışıq. Çox xahiş edirik ki, aidiyyatı üzrə Ədliyyə nazirinə, Bələdiyyələrlə İş mərkəzinə şəxsi nəzarətiniz altında göstəriş verəsiniz ki, bizi sənəd süründürməçiliyindən birdəfəlik qurtarsınlar, 15 ildir ki, yaşadığımız torpağın üzərində tikdiyimiz evin sənədləşməsi sona yetsin. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Qoşmalar: 12 vərəqdə Bələdiyyə sənədləri.

Hörmətlə, A.Z.Dadaşova

09 noyabr 2023-cü il.
Teref:Xocanın Blogu
Səhivəmiz hamının üzünə açıqdır..






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.