270 nömrəli məktəbin direktor əvəzi təhsil ocağını musiqi məktəbi ilə səhv salıb?

14-11-2023, 00:08           
270 nömrəli məktəbin direktor əvəzi təhsil ocağını musiqi məktəbi ilə səhv salıb?
Təhsil sahəsində son iki-üç ildə ciddi şəkildə özünü göstərən problemlərdən biri də hər il direktorların işə qəbulu üzrə imtahan keçirilsə də, imtahan ümumtəhsl məktəblərində direktorların təyin olunmaması və ya direktor əvəzi təyin edilən şəxslərin yarıtmaz fəaliyyətinin nəticəsi olaraq təlim və tərbiyənin aşağı səviyyəyə enməsidir.

AzToday.az xəbər verir ki, həmin problem 2020-ci ildə Əli İskəndərovun vəfat etməsi nəticəsində direktorsuz qalan 270 nömərli tam orta məktəbdə də özünü daha qabarıq şəkildə biruzə verir. Belə ki, uzun illər pedaqoji sahədən uzaq olan bir şəxsin təsadüfən direktor əvəzi təyin edilməsi rayonun ən nümunəvi məktəbinin bərbad vəziyyətə düşməsinə gətirib çıxarıb. Valideynlərin verdikləri məlumata görə, öz ixtisası olan informatikanı düz-əməlli bilməyən Kəmalə İbrahimova direktor əvəzi təyin olunduqdan sonra məktəbdə təhsilin səviyyəsi olduqca aşağı düşüb. Bunun nəticəsində müəllimlər dərs keçmək istəmir, uşaqlar oxumaqdan yayınır, yuxarı sinif şagirdləri tez-tez dərsdən qaçır, oğlanlar zərərli vərdişlərin aludəçisi olurlar, demək olar ki, iki gündən bir məktəbdə onlar arasında əlbəyaxa davalar baş verir.

Bu qədər ciddi problemləri ört-badır etmək istəyən Kəmalə İbrahimova isə sosial şəbəkələrdə 270 nömrəli məktəbi az qala musiqi məktəbi kimi təqdim etməyə çalışır. Belə ki, bu günlərdə öz profilindən birbaşa canlı yayıma çıxaraq iki-üç nəfər oğlan şagirdin gitara və pianinoda mahnı ifa etmələrini nümayiş etdirərək, məktəbin uğuru kimi qələmə verməyə çalışır. Daha sonra isə 270 nömrəli məktəbin sosial şəbəkədəki səhifəsindən də həmin görüntüləri yayması qəsəbə sakinlərində təəccüb və təəssüf doğurur. Lap tutaq ki, hansı tədbir üçün musiqi bacarığı olan oğlan uşaqları məşq edirlər. Dikrektor əvəzinin öz profilindən canlı yayımla məşqi efirə verməyi nə dərəcədə düzgündür? Görünən odur ki, 270 nömrəli məktəbin direktor əvəzi tam orta təhsil verməli olan təhsil ocağını musiqi məktəbi ilə səhv salıb. Bəs Bakı şəhəri üzrə Təhsil İdarəsi bu biabırçılığı görmür?

Yəqin ki, Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi bu kimi halları normal hesab edir ki, bütün bu neqativ hallara baxmayaraq, 270 nömərli məktəbi bərbad vəziyyətə salan Kəmalə İbrahimova hələ də direktor əvəzi olaraq fəaliyyət göstərir. Valideynlər isə rəhbərlikdə ciddi qüsurlara yol verən bu şəxsdən məktəbin xilas olacağı günü səbirsizliklə gözləyirlər.

Orxan Məmmədli





P.S. Yazıda əks olunan faktlara məktəb rəhbərliyinin münasibətini də gözləyirik.
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.