Sahil Babayevin MƏQSƏDİ NƏDİR? - ETİRAZ VAR...
15-11-2023, 11:26
Lənkəran rayonu, Ürgə kənd sakini Fərziyev Möhtəmən Əliheydər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2013-cü ildən ona II qrup əllillik təyin olunub, lakin Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra əsassəz yerə penisyası ləğv edilib:
“Mən, Lənkəran rayonu, Ürgə kənd sakini Fərziyev Möhtəmən Əliheydər oğlu, yazaraq sizə bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başıma oyun açır.
Bildirim ki, 2013-cü ildən ikinci qurup əlil olaraq mənə pensiya təyin olunmuşdur. Lakin 2020-ci ildə Sahil Babayev nazir təyin olunandan sonra mənim pensiyam haqsız yerə kəsilmişdir. Dəfələrlə aidiyyəti qurumlara, yəni Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər orqanlara müraciət etsəm də, bütün məktubların hamısı nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilir. Agentliyin İdarə Heyətinin sədir müavini Mətanət Məmmədova isə mənə yazır ki, “sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına uyğun deyil”. Lakin 2013-cü ildə Bakı Travmatologiya İnstitutunda sol ayağımın topuq nahiyəsindən tam kəsilməsinə qərar verilmişdir. Professor Çingiz Əlizadənin səyi nəticəsində ayağımın topuq hissəsinin aputasiya olunmasının qarşısı alınmış, nəticədə ayağımın alt və üst hissəsinə əməliyyat vasitəsi ilə yamaqlar yapışdırılaraq, barmağım aputasiya olunmuşdur. Yerişim qismən bərpa olunmuşdur.
Lənkəran rayon Ekspert Komissiyasına dəfələrlə etdiyim müracətlər nəticəsiz qaldığı üçün məni Bakı Şəhər Rebiltasiya Mərkəzinə əyanı baxışa göndərdilər. Orada həkim tərəfindən ayağıma baxış keçirildi(Ayağımın fotoları sizə mürəcətimdə əksin tapacaq). Bildirildi ki, siz təkrar ərizə ilə İdarə Heyəti sədrinin qəbuluna girin və sədr nə qərar verərsə, o da olacaq.
İndi başa düşdüm ki, bu orqanların heç biri dövlət rəhbərimizə hörmət qoymur. Əgər belə olmasaydı, onlar bizləri dövlətə qarşı qoymazdılar və haqlı iradlarımızı vaxtında həll edərdilər.
Əksər təşkilatlar vətəndaşların etdiyi müraciətlərə vaxtında və düzgün cavab vermirlər. Biz həmin orqanlardan cavab ala bilmədiyimiz üçün məcbur olaraq mətbuata müraciət etmişik. Özüm həm şəkərli diabet xəstəsiyəm, həm də iki dəfə ürək əməliyyatı olunaraq, ürəyimə beş ədəd stend qoyulmuşdur. Mənə ömürlük təyinat olaraq dərmanlar yazılmış və aylıq dərmanlara verilən pulun məbləği 150-200 manata yaxındır.
Səlahiyyəti çatan hər kəsdən xahiş edirəm ki, Sahil Babayev və əlbir olduğu komandası haqqında bir tədbir görülsün. İnanın ki, həmin komandanın ərtafındakı hər kəs sosial yardımla təmin olunub. Bu qədər vicdansızlıq, insafsızlıq olmaz”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
Mənbə: “Hürriyyət” qəzeti
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu