Sumqayıtda qatardan düşən piyada sərnişinlər ölümə gedir: İllərin səkisiz yolları (FOTO,VİDEO)
16-11-2023, 11:44
Sumqayıtda uzun illərdir ki, sakinləri narahat edən səki problemi hələ də qalmaqdadır. İnsanların daha çox hərəkət etdiyi ərazidə piyadalar üçün səkinin olmaması bu yolla gedən insanlar üçün təhlükə yaradır. Buna görə də sakinlər avtomobil yolu ilə hərəkət etməyə məcbur qalırlar. Piyada səkisi olmayan həmin ərazilərdə yaşayanlar, avtomobillərin sıx hərəkət etdiyi hissədə qalaraq ölümlə üz-üzə gəlirlər.
Səkisi olmayan yollardan biri də Sumqayıt Dəmiryolu Stansiyası istiqamətində olan Üzeyir Hacıbəyov küçəsidir. Bu yol insanların sıx hərəkət etdiyi yoldur. Qatardan düşən sərnişinlər səkinin olmaması səbəbindən yolun hərəkət hissəsi ilə hərəkət edirlər.
Xəbərle.com-un əməkdaşı mövzu ilə bağlı yoldan istifadə edən sakinlərlə hömsöhbət olub. Şəhər sakini Vüsal Cabbarov deyir ki, Sumqayıtın bir çox ərazilərində səkinin olmaması insanları ciddi narahat edir: “Mən hər gün qatardan düşüb gedəndə, səkinin yoxluğu səbəbindən avtomobil yolunun ortası ilə getmək məcburiyyətindəyəm. Üzeyir Hacıbəyli küçəsi istiqamətində yol qəzaları və piyadaları ölümləri də tez-tez baş verir. Piyadaların da bu cür hərəkət etməsi problemi daha da ağırlaşdırır”.
Sürücü Əli Sabirli isə qeyd edir ki, piyadaların yolun ortası ilə hərəkət etməsi sürücülərə də maneə yaradır: “Bəlkə də 10 ildən çoxdur ki, hələ də Sumqayıtda səkisiz yollar qalmaqdadır. Vəziyyəti düzəltmək əvəzinə daha da qəlizləşdirirlər. İnsanlar niyə maşın yolu ilə hərəkət etməldirlər?! Hansı zəmanədə yaşayırıq?! Bu məsələni müxtəlif media orqanları da dəfələrlə işıqlandırıb. Təəssüf ki, problem hələ də qalıb”.
Kadrlardan da göründüyü kimi sakinlər faktiki olaraq avtomobil yolu ilə hərəkət edir. Sumqayıtın bəzi yollarının kənarında obyektlər elə tikilib ki, qapısı az qala yolun hərəkət zolağına açılır. Hətta səkini də zəbt edən sahibkarlar var.
Onu da qeyd edək ki, piyadalar üçün nəzərdə tutulmuş hissələr tikinti normalarının əksinə olaraq müxtəlif obyektlər və ya tikinti şirkətləri tərəfindən hasarlanır.
Mövzunu davam etdirəcəyik.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..