İki ay əvvəl rəis təyin olunsa da... - İcazə verin, şübhələnək...

16-11-2023, 09:59           
İki ay əvvəl rəis təyin olunsa da... - İcazə verin, şübhələnək...
Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi "Nizamlayıcı qurğu və anoloji avadanlıq" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbır verir ki, tenderin qalibi "REEZ GROUP " MMC olub.

Tərəflər arasında 120 min manatlıq müqavilə imzalanacaq.

Yerli mediada gedən məlunata görə, REEZ GROUP ” MMC Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 29.03.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, 21-Cİ MK/RN, ev 0, m. 29-dur. Qanuni təmsilçisi isə Bəyov Ramil Əmirbəy oğludur. Bu MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Yalnız adı 29.04.2020-ci il tarixә olan mәlumaa görə koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında var.

Xatırladaq ki, bu il sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru