Dəri-Zöhrəvi Mərkəzinin keçmiş işçisi baş həkimdən şikayətçidir - PREZİDENTƏ MÜRACİƏT

18-11-2023, 09:08           
Dəri-Zöhrəvi Mərkəzinin keçmiş işçisi baş həkimdən şikayətçidir - PREZİDENTƏ MÜRACİƏT
Yeni Suraxanı sakini Qəzənfərova Nərmin Rəhim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimindəm şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən, Qəzənfərova Nərmin Rəhim qızı, yazaraq bildirirəm ki, 31.08.2022-ci il tarixində Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70ç maddəsi ilə kargüzarlıq şöbəsindən işdən çıxarılmışam. Bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etmişəm. Hələ ki, haqq-ədaləti bərpa edə bilməmişəm.

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Maliyyə nazirinə etdiyim şikayətlərimə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən baxılmışdır. Mənə göndərilən məktubda bildirilir:

“Nərmin Qəzənfərovaya müraciətinin əmək fəaliyyətinə aid hissəsi fərdi əmək mübahisəsinin predmeti olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilir”. Bu barədə 25.10.2023-cü il tarixində mənə (Nərmin Qəzənfərovaya) ünvanlanmış məktubda qeyd edilir. Yəni açıq şəkildə bildirilir ki, Nərmin Qəzənfərovanı (məni)TƏBİB rəhbərliyi deyil, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov işdən çıxarıb, istəyirsə, onun qərarından məhkəməyə müraciət edə bilər.

Həmçinin, bildirilib ki, tərəfimdən korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir.

Mənə ünvanlanmış məktubdan sonra əmək kitabçamda qısa müddətdə verilən əmrlərin uyğunsuzluq təşkil etdiyini əsas kimi götürüb, hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişəm. Çünkü operatp işimdən kərgüzarlıq işinə adladıldım. Kərgüzarlıq işimdə işlədiyim müddətdə məlum oldu ki, məndən xəbərsiz Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni xadimə işinə rəsmiləşdirib. Bundan məvacibimi alanda xəbər tutdum. Baxdım ki, aldığım məvacib kərgüzarlıq işimdəki məvacibdən artıqdır. Şübhələndim, elektron sistemə girib baxanda gördüm ki, xidmətçi kimi rəsmiyyətdəyəm. Şikayət edəcəyimi bildirdim. Tez məni öz işimə qaytardı. Elə həmin ay da Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni şərləyərək 70ç maddəsi ilə işdən çıxardı. Bu, 1 ayın içində baş verdi. Guya mən işə gəlmirəm, gecikirəm. İşə gəlmirdimsə, gecikirdimsə niyə mən operator işləyəndə çıxarılmadım?! Və yaxud kərgüzar işinə başlayana işə gecikmədim? Sadəcə deyə bilmir ki, Nərmin Qəzənfərovanın yerini 2 dəfə "satdım". Operator və kərgüzarlıq işlərini.

Mənə dedi ki, səni xadimə kimi rəsmiyyətə salmışam. Bunu qəbul elə, amma işləməyəcəksən. Xadimə məvacibini alarsan, iş bununla bitsin. Qəbul etmədim. Sonra şərlənib işdən çıxarıldım. 1 ayın içində əvvəl xadimə, sonra kərgüzar işləri əmr kitabımda var. Həmçinin, həmin ayda işdən çıxarılmağım. Nə oldu, hər şey bir ayda baş verdi? Xəbərdarlıqsız, sonra töhmətsiz, şiddətli töhmətsiz adam çıxardırlar işdən?

İndi TƏBİB rəsmisi məktubunda qeyd edir ki, "korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir". Məgər 1 ayın içində əmək kitabçasında verdiyi əmrlər, qanun pozuntusu deyil ki, bunlar sənəd fakt axtarışına çıxıblar?!”

Məsələ ilə bağlı Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, hər dəfə həkimin məşğul olduğu bildirildi.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.